Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının sentyabr ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü rayonun Yuxarı Salahlı kəndində olub
Qazaxda icra başçısının sentyabr ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü rayonun Yuxarı Salahlı kəndində olubBu gün, 15:33 |
|
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü rayonun Yuxarı Salahlı kəndində olub. Sentyabrın 3-də Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib.
İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız tarixi Qələbənin Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını qeyd edən icra başçısı illər ötsə belə bu zəfərin heç vaxt unudulmayacağını bildirib. Həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən söz açan icra başçısı gələcək nəsillərin həmin qəhrəmanlıqdan nümunə götürdüklərini söyləyib. Rayon rəhbəri Qazax rayonunun Yuxarı Salahlı kəndinin hər zaman qeyrətli oğulları ilə tanındığını, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlayan gündən bu kəndin igid oğullarının torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçməyi hər zaman gözə aldıqlarını, torpaqlarımızın ərazi bütövlüyü naminə aparılan müharibədə Yuxarı Salahlı kəndinin də şəhid verdiyini bildirib. Rayon rəhbəri Yuxarı Salahlı kəndinin igid oğullarının Aprel və İyul döyüşlərində, 44 günlük Vətən müharibəsində, antiterror tədbirlərində qəhrəmanlıq göstərdiklərini, bütün döyüşlərdə bu kəndin şəhid verdiyini bildirib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 11 nəfər, Aprel döyüşlərində 1 nəfər, İyul döyüşlərində 1 nəfər, Vətən müharibəsində 3 nəfər şəhid verdiyini bildirib. Birinci Qarabağ müharibəsində 2 nəfərin, Vətən müharibəsində 2 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində Yuxarı Salahlı kəndindən 88 nəfərin iştirak etdiyini, onlardan 41 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu, 15 nəfərin döyüşlərdə yaralandığını qeyd edib. İcra başçısı 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Yuxarı Salahlı kəndinin igid oğlu gizir Şəmşiyev İlham Şakir oğlunun qəhrəmanlıq göstərərək adını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdiyini söyləyib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda hər zaman nümunə götürüldüyünü bildirib. Rayonda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı qeyd edib ki, bunu Yuxarı Salahlı kəndinin timsalında da görmək olar. Rayon rəhbəri 2016-cı ildən bu yana Yuxarı Salahlı kəndində əkin sahəsinin artdığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Yuxarı Salahlı kəndində də xeyli işlər görüldüyünü bildirib. Son illər rayonun bütün kəndlərində olduğu kimi, Yuxarı Salahlı kəndində də subartezian quyusunun qazıldığını, bu gün kənddə 7 ədəd subartezian quyusunun sakinlərin ixtiyarında olduğunu bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. İcra başçısı rüşvətxorluğa və korrupsiya hallarına qarşı aparılan mübarizə tədbirlərindən söz açaraq ölkə Prezidentinin rəhbərliyi altında respublikamızda bu sahədə görülən işlərin Qazaxda yüksək qiymətləndirildiyini qeyd edib. Bildirib ki, rayonda şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər görülür. Rayonda bütün sahələrdə şəffaflığın tam təmin olunması, neqativ halların aradan qaldırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıq və tövsiyələr hər bir dövlət məmurunun, idarə, müəssisə və təşkilat rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edir. İcra başçısı şəhərdaxili və kəndarası marşrutlarda hərəkət qrafikinə nəzarətin artırılması və digər məsələlərin daim nəzarətdə saxlanıldığını, bununla bağlı aidiyyəti qurumların iştirakı ilə marşrut sürücüləri ilə görüş keçirildiyini diqqətə çatdırıb. Marşrut sürücüləri ilə keçirilən görüşdə şəhərdaxili və kəndarası marşrutlarda hərəkət qrafikinə nəzarətin artırılması, avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət olunması, marşrutların dayanacaqlarda saxlanılması, həmçinin, marşrutlarda təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edildiyini bildirib. Qeyd edilənlərə əməl edilmədiyi təqdirdə barələrində qanunamüvafiq qaydada ciddi tədbir görüləcəyini bir daha sürücülərin diqqətinə çatdırıldığını vurğulayıb. Həmçinin, 2026-2027-ci tədris ilinin başlanması ilə əlaqədar müəllim və şagirdlərin ictimai nəqliyyatdan istifadə etdiklərini nəzərə alaraq marşrut sürücülərinə müvafiq tapşırıqların verildiyini söyləyib.
Kənd sakinləri çıxış edərək Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Xüsusilə də Yuxarı Salahlı kəndində aparılan abadlıq işlərini yüksək qiymətləndirərək ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Bu gün Yuxarı Salahlı kəndində olan görüşü kənd sakinlərinə göstərilən diqqət və qayğı kimi qiymətləndiriblər. Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Yuxarı Salahlı kəndində 45 ailənin məişət suyu ilə təminatının yaxşılaşdırılması üçün yeni salınmış məhəllədə 1 ədəd subartezian quyusunun qazılması barədə müraciətlərini dinləyən rayon rəhbəri səslənən məsələyə həssaslıqla yanaşılacağını, nəzarətə götürüləcəyini və həlli istiqamətində lazımi işlər görüləcəyini söyləyib. Qeyd edilən məsələ ilə bağlı lazımi addımların atıldığını, aidiyyəti qurumlara rəsmi məktub ünvanlandığını bildirib.
Geri qayıt |