Əsas Səhifə > Manşet / Şəhidlər > Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı şəhid ailələrinin, qazinin və vətəndaşların müraciətini dinləyib

Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı şəhid ailələrinin, qazinin və vətəndaşların müraciətini dinləyib


Bu gün, 19:03

Prezident İlham Əliyev hər zaman çıxışlarında bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsini səsləndirir. O vətəndaş amili ki, ölkə başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısının söylədiyi “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür” sözləri bu gün hər bir dövlət məmuru üçün iş fəaliyyətlərində bir yol xəritəsidir. Bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman hiss edilir. Ən əsası isə bu, hər bir dövlət məmuruna nümunə olmalıdır.

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.

Sentyabrın 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Məzəm kəndinin igid oğlu, Birinci Qarabağ müharibəsinin şəhidi Süleymanov Şahin Novruz oğlunun anasını, Yuxarı Salahlı kəndinin igid oğlu şəhid gizir Abdullayev Hafiz Məhəd oğlunun atasını, Çaylı kəndinin igid oğlu, Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan polis əməkdaşı olmuş çavuş Aslanov Ruslan Yaqub oğlunun qardaşını,Dəmirçilər kəndinin igid oğlu, 2020-ci ilin Tovuz döyüşləri zamanı yaralanmış, Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş, çavuş İsmayılov Səyyar Şərif oğlunu, eləcə də Qazax şəhərindən, rayonun Daş Salahlı və Kosalar kəndlərindən müraciət etmiş vətəndaşları istəklərinə əsasən fərdi qəbul edib, onların müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.


Geri qayıt