Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Ağköynək kəndində yol kənarında həyata keçirilən abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb
İcra başçısı Ağköynək kəndində yol kənarında həyata keçirilən abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıbBu gün, 13:08 |
|
Sentyabrın 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında aparılan abadlıq işləri ilə bağlı yerində baxış keçirib. Rayon rəhbəri görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib. Rayon rəhbəri həmçinin, vətəndaşların kənddən keçən su kanalının ətrafı ilə bağlı müraciətini dinləyib, qeyd edilən məsələyə həssaslıqla yanaşılacağını bildirərək həlli istiqamətində lazımi addımlar atılacağını vurğulayıb.
Geri qayıt |