Əsas Səhifə > Manşet / Rəsmi > Prezident İlham Əliyev: “Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir”
Prezident İlham Əliyev: “Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir”Bu gün, 17:51 |
|
Ölkə başçısı bildirdi ki, Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bildiyiniz kimi, biz də Özbəkistana, Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik. Düşünürəm ki, bugünkü səfərin nəticələri də bunu bir daha təsdiqləyir. Lakin ilk növbədə bir daha qeyd etmək istərdim ki, mən Daşkəndə ilk dəfə səfər etmirəm və hər dəfə buraya gələndə sürətli inkişafın şahidi oluram. Bunu hər sahədə görmək mümkündür: həm böyük layihələrdə, həm də detallarda. Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə mənim əziz qardaşım Şavkat Miromonoviçin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir. Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə başqa cür idi. Özbəkistan vətəndaşları bunu yaxşı bilirlər, biz də bunu bilirik. Buna görə də ölkəni inkişaf yoluna çıxarmaq, əslində, dövlətin inkişafı üçün iqtisadi əsasları sıfırdan formalaşdırmaq, iqtisadiyyatı şaxələndirmək, sənayeni inkişaf etdirmək, kənd təsərrüfatını, yenə də şaxələndirilmiş şəkildə inkişaf etdirmək, iqtisadiyyatın böyük potensiala malik olan və potensialını qoruyub saxlayan sahələrinə investisiyalar cəlb etmək üçün o, böyük səylər göstərməli oldu. Bu gün isə biz tamamilə fərqli Özbəkistan görürük. Bu, dünya birliyinin böyük hörmət bəslədiyi, sənayenin inkişafı, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğu Özbəkistandır. Şavkat Miromonoviçin ikitərəfli münasibətlərimizlə bağlı söylədiyi bütün fikirlər ilk növbədə onun və komandasının Özbəkistan üçün gördüyü işlərə aiddir. Bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Mən bu gün artıq bu barədə danışmışam: əgər bu təməl, bu potensial olmasaydı, heç bir birgə layihəni həyata keçirmək mümkün olmazdı. Ümumiyyətlə, Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihə yox idi. Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir. Çünki Şavkat Miromonoviçin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, – yeri gəlmişkən, bu məsələdə onun xüsusi rolu olub, – əməkdaşlığın coğrafiyası genişlənib. Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır; Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir. Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və Şavkat Miromonoviç qeyd etdiyi kimi, onların hamısı birlikdə münasibətlərin bənzərsiz xarakterini yaradır. Biz, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir. Bəli, mən hələ bankçılıq sahəsindəki əməkdaşlığımızı, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olmasını xatırlatmağı unutmuşam. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə biz artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa çox ümid edirik. Ümidvaram ki, bundan sonra kəşfiyyat-qazma və kəşfiyyat işləri yaxşı nəticələr verəcək. İkitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir. Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, - düşünürəm ki, on, bəlkə də daha çox, - açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub.
İnvestisiyalar isə bir qayda olaraq, dost ölkələrə, bizim vəziyyətimizdə qardaş ölkələrə və adətən əlverişli investisiya mühitinin olduğu yerlərə yatırılır. Yenə də başladığım yerə qayıdıram. Şavkat Miromonoviçin böyük xidməti ondan ibarətdir ki, məhz o, öz islahatları, əzmkarlığı və müdrikliyi sayəsində həm beynəlxalq maliyyə qurumlarına, həm də qlobal aktorlara Özbəkistanı inkişafının uğurlu mərhələsində olan bir ölkə kimi görməyə imkan verən investisiya mühiti yaradıb. Dostlarınız və qardaşlarınız olaraq, biz bundan səmimi-qəlbdən məmnunuq və əminəm ki, Sizin qeyd etdiyiniz bütün planlar reallaşacaq, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq şəkildə birlikdə çalışacağıq. Şavkat Miromonoviç, sonda Sizin üçün əlverişli vaxtda Sizi Azərbaycana dövlət səfərinə dəvət etmək istərdim. Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib. Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib. Prezident Şavkat Mirziyoyev ali dərəcəli “Dostluq” ordenini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Özbəkistanın dövlət başçısına təqdim edib. Səfər zamanı iki ölkə arasında imzalanan sənədlər də mühüm əhəmiyyət daşıyır.
Dövlət başçılarının qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21-22 iyun 2022-ci ildə Özbəkistan Respublikasına dövlət səfəri etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15-16 sentyabr 2022-ci ildə Səmərqənd şəhərində keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək məqsədilə Özbəkistan Respublikasına işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10-11 noyabr 2022-ci ildə Səmərqənd şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə Toplantısında iştirak etmək məqsədilə Özbəkistan Respublikasına işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 09 noyabr 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının XVI Zirvə Toplantısında iştirak etmək məqsədilə Özbəkistan Respublikasına işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına 22-23 avqust 2024-cü il tarixlərində dövlət səfəri etmişdir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 01-02 mart 2023-cü ildə keçirilmiş Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 22-23 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasına dövlət səfəri etmişdir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 24 noyabr 2023-cü ildə Bakıda keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı-SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 5-6 iyul 2024-cü ildə Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 11-13 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Hökumət başçılarının qarşılıqlı səfərlərinə gəlincə Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov 18-19 iyul 2023-cü ildə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov02 avqust 2022-ci ildə Daşkənd şəhərində keçirilmiş Azərbaycan, Özbəkistan və Türkiyənin xarici işlər, iqtisadiyyat və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin Birinci Üçtərəfli Toplantısında iştirak etmək məqsədilə Özbəkistan Respublikasına işgüzar səfər etmişdir. Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov 05-06 iyul 2023-cü ildə Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov 10 oktyabr 2023-cü ildə Şuşa şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 14-15 aprel 2024-cü ildə Mərkəzi Asiya-Ərəb Körfəzi Dövlətləri Strateji Dialoqunun İkinci Nazirlər Toplantısında fəxri qonaq qismində iştirak etmək üçün Özbəkistan Respublikasına işgüzar səfər etmişdir. Parlamentlərarası əlaqələrə gəlincə AR Milli Məclisində Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəriEldar İbrahimovdur. Özbəkistan Respublikasının Ali Məclisində Azərbaycanla əməkdaşlıq üzrə qrup fəaliyyət göstərir. Qrupun rəhbəriKadirov Alişer Keldiyeviçdir. Müqavilə-hüquq bazasına gəlincə199 sənəd imzalanmışdır. Mühüm sənədlər “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında hərtərəfli əməkdaşlığın və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi haqqında Bəyannamə”. 18 iyun 1997-ci ildə Daşkənd şəhərində imzalanmışdır. “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”. 23 mart 2004-cü ildə Daşkənd şəhərində imzalanmışdır. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”. 21 iyun 2022-ci ildə imzalanmışdır. “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”. 23 avqust 2024-cü ildə Daşkənd şəhərində imzalanmışdır. İqtisadi sahədə əməkdaşlığa gəlincə iki ölkə arasında 18 iyun 1997-ci ildən qüvvədə olan “Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılması haqqında Protokol”a əsasən əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır. Komissiyanın həmsədrləri Azərbaycan tərəfindən - Mikayıl Cabbarov (İqtisadiyyat naziri), Özbəkistan tərəfindən - Ləziz Kudratov (investisiya, sənaye və ticarət naziri). Komissiyanın indiyədək keçirilmiş iclaslarının sayı - 13. Sonuncu iclas 10 iyul 2024-cü ildə Buxarada keçirilmişdir. Geri qayıt |