Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda rayon rəhbərliyi şəhid qardaşının hüzr mərasimində iştirak edib və yaxınlarına başsağlığı verib
Qazaxda rayon rəhbərliyi şəhid qardaşının hüzr mərasimində iştirak edib və yaxınlarına başsağlığı veribBu gün, 16:42 |
|
Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Əsgərov Kərim Qinyaz oğludur. Kərim Əsgərov 14 mart 1970-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1988-90-cı illərdə sovet ordusunda xidmətdə olmuşdur. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmiş, 1 yanvar 1993-cü ildə Gədəbəy bölgəsində döyüş zamanı itkin düşmüşdür. Qazax Rayon Məhkəməsinin 23 aprel 2010-cu il tarixli Qətnaməsi ilə itkin düşmüş hesab edilmişdir. Subay idi. 21.08.2026-cı il tarixdə şəhidimizin qardaşı Əsgərov Qabil Qinyaz oğlu dünyasını dəyişib. Avqustun 22-də dəfn edilən mərhumun bu gün üç mərasimi olub. Avqustun 24-də Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, əməkdaşları şəhid qardaşının hüzr mərasimində iştirak ediblər. Mərhum Qabil Əsgərovun vəfatından kədərləndiklərini bildirib, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı veriblər.
Geri qayıt |