Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı şəhərin Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşayan bir qrup vətəndaşın müraciətlərində qeyd etdikləri məsələ ilə bağlı yerində baxış keçirib
Qazaxda icra başçısı şəhərin Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşayan bir qrup vətəndaşın müraciətlərində qeyd etdikləri məsələ ilə bağlı yerində baxış keçiribDünən, 20:46 |
|
Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda həyata keçirilən işlərdən biri də rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə görülən təqdirəlayiq işlərdir. Bu günlərdə 2026-cı ildə Qazax şəhərində yolların əsaslı təmiri işlərində nəzərdə tutulmuş Fərrux Qayıbov, Babək, Şah İsmayıl Xətai, Amid Məmmdov, Mir Cəlal Paşayev, Süleyman Rüstəm, Firuddin Şamoyev, Mirzə Ələkbər Sabir küçələrinə yeni asfalt örtüyünün vurulması rayonda aparılan nümunəvi işlərdir. Sevindirici haldır ki, rayonda aparılan bu quruculuq işləri sakinlər tərəfindən də razılıqla qarşılanır, hətta, digər küçələrdə yaşayan sakinlər də onların yaşadıqları küçələrin də abadlaşdırılmasını, daha da gözəlləşdirilməsini arzu edir, təklif irəli sürürlər. Belə küçələrdən biri də şəhərin Məhəmməd Əmin Rəsulzadə küçəsidir ki, burada yaşayan sakinlər də öz küçələrinin, eləcə də sözügedən küçəyə bitişik ara küçələrin asfaltlanmasını, yaşadıqları ərazidə park salınmasını istəyirlər.
Sakinlərlə səmimi söhbət edən icra başçısı hər zaman olduğu kimi, bu dəfə də vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qaldırılmış məsələyə həssaslıqla yanaşılacağını, baxılacağını və həlli istiqamətində lazımi addımlar atılacağını bildirib. Sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər ölkə başçısının rəhbərliyi altında Qazaxda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsini razılıq hissi ilə qarşıladıqlarını və bütün bu işlərə görə ölkə Prezidentinə təşəkkür etdiklərini dilə gətiriblər. Səsləndirdikləri məsələnin də yaxın zamanda müsbət həllini tapacağına əmin olduqlarını söyləyiblər.
Geri qayıt |