Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı şəhidin həyat yoldaşının hüzr mərasimində iştirak edib və yaxınlarına başsağlığı verib
Qazaxda icra başçısı şəhidin həyat yoldaşının hüzr mərasimində iştirak edib və yaxınlarına başsağlığı veribDünən, 16:16 |
|
Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. Birinci Qarabağ müharibəsində mənfur düşmənin qurbanı olmuş oğullardan biri də İsmayılov Rafiq Namaz oğludur. Rafiq İsmayılov 15 fevral 1966-cı ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində ağır yaralanmış, bir gün sonra 23 mart 1992-ci ildə şəhid olmuşdur. 1992-ci ildən şəhid statusu verilmişdir. 03.08.2026-cı il tarixdə şəhidimizin həyat yoldaşı İsmayılova Raqiyə Bayram qızıdünyasını dəyişib. Mərhumun bu gün üç mərasimi olub. Avqustun 6-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhidin həyat yoldaşının hüzr mərasimində iştirak edib. İcra başçısı Rəcəb Babaşov mərhum Raqiyə İsmayılovanın vəfatından kədərləndiyini bildirib, mərhumun qızlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib. “Bu gün özümə borc bildim ki, şəhidimizin həyat yoldaşının vəfatı ilə əlaqədar hüzr mərasimində iştirak edim”, - deyən icra başçısı şəhidlərimizlə yanaşı, onların ata və analarının, ailə üzvlərinin, yaxınlarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.
Geri qayıt |