Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Bala Cəfərli kəndində keçrilən səyyar görüş zamanı vətəndaşların qaldırdıqları müraciətin həlli istiqamətində görülmüş işlərlə yerində tanış olub

İcra başçısı Bala Cəfərli kəndində keçrilən səyyar görüş zamanı vətəndaşların qaldırdıqları müraciətin həlli istiqamətində görülmüş işlərlə yerində tanış olub


Dünən, 19:52

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanmasını bütün sahələrdə görürük ki, bu, hər bir dövlət məmuruna örnək olmalıdır. Ən əsası da bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əksini tapır ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həll olunmasına xidmət edir.

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.

Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

Avqustun 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonun Bala Cəfərli kəndində keçirilən səyyar görüş zamanı vətəndaşların kənddəki subartezian quyusunun su nasosunun az vurması səbəbindən yeni nasosla əvəz edilməsi barədə müraciətlərinə həssaslıqla yanaşması, qeyd edilən məsələnin həlli istiqamətində aidiyyəti qurumlara tapşırıq verməsi rayonda vətəndaş amilinin hər zaman ön planda olmasından xəbər verir.

Təqdirəlayiq haldır ki, vətəndaşların qaldırdıqları həmin məsələ Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən artıq öz müsbət həllini tapıb. Sözügedən subartezian quyusunun su nasosu yenisi ilə əvəz olunub.

Avqustun 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yenidən Bala Cəfərli kəndində olub, ötən gün səyyar görüşdə vətəndaşların qaldırdıqları müraciətin həlli istiqamətində görülmüş işlərlə yerində maraqlanıb.

Sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə, Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşlarına, əziyyəti keçən hər kəsə razılıqlarını ifadə ediblər.


Geri qayıt