Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Yuxarı Salahlı kəndində keçirilən səyyar görüş zamanı sakinlərin qaldırdıqları müraciətin həlli istiqamətində görülmüş işlərlə yerində tanış olub
İcra başçısı Yuxarı Salahlı kəndində keçirilən səyyar görüş zamanı sakinlərin qaldırdıqları müraciətin həlli istiqamətində görülmüş işlərlə yerində tanış olubDünən, 19:07 |
|
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonun Yuxarı Salahlı kəndində keçirilən səyyar görüş zamanı vətəndaşların yaşadıqları ərazidə elektrik enerjisinin gərginlik düşgüsünün aşağı olması səbəbindən yeni transformatorun qoyulması barədə müraciətə həssaslıqla yanaşması, məsələnin həlli istiqamətində aidiyyəti qurumlara tapşırıq verməsi rayonda vətəndaş amilinin əsas götürülməsi deməkdir. Təqdirəlayiq haldır ki, Qazax Elektrik Şəbəkəsi tərəfindən vətəndaşların qaldırdıqları həmin məsələ artıq öz müsbət həllini tapıb. Avqustun 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Yuxarı Salahlı kəndində keçirilən səyyar görüş zamanı sakinlərin qaldırdıqları müraciətin həlli istiqamətində görülmüş işlərlə yerində tanış olub. Qazax Elektrik Şəbəkəsinin rəisi Şövqi Gözəlov görülmüş işlər barədə məlumat verərək bildirib ki, Yuxarı Salahlı kəndində 40 ailənin yaşadığı ərazidə yeni transformator quraşdırılaraq yeni güc mərkəzi yaradılmaqla, 60-a yaxın köhnə dayaq dəyişdirilib, köhnə naqillər 2300 metr SİP kabellə əvəzlənib. Beləliklə, 40 ailənin elektrik enerjisinin gərginlik düşgüsü ilə bağlı problemi müsbət həll olunub. Sakinlər onlara göstərilən qayğıya, müraciətlərinə həssaslıqla yanaşılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qazax Elektrik Şəbəkəsinin əməkdaşlarına, əziyyəti keçən hər kəsə razılıqlarını ifadə ediblər.
Geri qayıt |