Əsas Səhifə > Manşet / Rəsmi > Prezident İlham Əliyev: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq”
Prezident İlham Əliyev: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq”Dünən, 11:20 |
|
Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb. Bu gün biz birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir. Həmçinin bu gün həmkarlarımızla bizim birgə qərarımız olan “Bakı” hotelinin açılışında da iştirak edəcəyik. Biz çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilib və “Bakı” adını daşıyır. Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir. Biz, həmçinin Qarabağın bərpasına göstərilən kömək üçün daim minnətdarlığımızı ifadə edirik. Sizinlə birlikdə Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin açılışında iştirak etdik. Bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu. Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir. Biz Sizinlə, həmçinin Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər, həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bu gün görüş keçirdiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir. Bir neçə il əvvəl Sizinlə birlikdə Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının açılışını da unutmayacağam. Bu park da birgə əməkdaşlığımızın paytaxtdakı kiçik guşəsidir. Bu gün bizim danışdığımız humanitar əlaqələr – Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət ab-hava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir. Həmçinin Sizə, Mərkəzi Asiya ölkələrinin digər prezidentlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkürümü bildirmək istərdim. Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyev Qırğız Respublikasının ali dövlət mükafatı – 1-ci dərəcəli “Manas” ordeni ilə təltif olunub. Eyni zamanda Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın ən yüksək dövlət təltifi – “Heydər Əliyev” ordeni ilə təltif olunub. Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi imzalanıb. XXI əsrdə qlobal və regional münasibətlər sistemində baş verən dinamik dəyişikliklər dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini daha da artırır. Xüsusilə ortaq tarixi, mədəni və sivilizasiya dəyərlərini bölüşən ölkələr arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi regional sabitliyin və davamlı inkişafın əsas şərtlərindən biri kimi çıxış edir. Bu baxımdan Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında son illərdə müşahidə olunan yaxınlaşma təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, həm də bütövlükdə Avrasiya məkanında yeni əməkdaşlıq platformalarının formalaşmasını şərtləndirən mühüm amillərdən hesab olunur. Qeyd olunan siyasi və geostrateji amillər fonunda Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu baxımdan iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşü xüsusi əhəmiyyət kəsb edir. Görüşün yekunu olaraq imzalanan Çolpon-Ata Bəyannaməsi tərəflərin ortaq siyasi iradəsini əks etdirən, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirən və gələcək qarşılıqlı fəaliyyətin əsas prinsiplərini təsbit edən mühüm siyasi sənəd kimi qiymətləndirilir.
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə etdilər. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə etdilər. Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə etdilər. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Yol Xəritəsi”ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə etdilər. “2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında 2024-2029-cu illər üçün Əməkdaşlıq Proqramının həyata keçirilməsinə dair Yol Xəritəsi”ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə etdilər. “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Milli Statistika Komitəsinin sədri Baktıbek Kudaybergenov mübadilə etdilər. “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi arasında kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Maksat Asanaliyev mübadilə etdilər. “Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidməti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidmətinin sədri Kayrat Mamatov mübadilə etdilər. “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Qırğız Respublikasının Çolpon-Ata şəhəri arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Çolpon-Ata şəhərinin meri Rustam Kadırkulov mübadilə etdilər. “Azərbaycan Respublikasının Qəbələ şəhəri ilə Qırğız Respublikasının Karakol şəhəri arasında qarşılıqlı əməkdaşlıq və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Memorandum”u Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Karakol şəhərinin meri Talantbek İmanov mübadilə etdilər. “Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Qırğız Respublikasının Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Oş şəhərinin meri Janar Akayev mübadilə etdilər. “AzerGold” QSC ilə “Kyrgyzaltyn” ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum”u “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və “Kyrgyzaltyn” ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov mübadilə etdilər. Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlərə gəlincə Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi 11 oktyabr 2007-ci ildə fəaliyyətə başlamışdır. Azərbaycan və qırğız xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıq iki ölkə arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin əsasının təşkil edir. Azərbaycan Respublikası və Qırğız Respublikası arasında münasibətlər strateji tərəfdaşlıq xarakterlidir, iki ölkə arasında Dövlətlərarası Şura fəaliyyət göstərir. Azərbaycan və Qırğızıstan arasında ali səviyyədə fəal siyasi dialoq qarşılıqlı maraq doğuran əməkdaşlığımızın davamlı şəkildə inkişafına öz töhfəsini verir. Azərbaycan və Qırğızıstan arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, turizm, mədəniyyət və humanitar sahələr üzrə ikitərəfli əməkdaşlıq çoxşaxəli xarakter daşıyır. Beynəlxalq və regional təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq geniş perspektivlərə malikdir. Ağdamın işğaldan azad edilmiş Xıdırlı kəndində Qırğız Respublikasının təşəbbüsü ilə inşa ediləcək orta məktəb xalqlarımız arasındakı qardaşlıq bağlarının ən bariz təcəssümü kimi dəyərləndirir. Azərbaycan-Qırğızıstan ikitərəfli format ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birinin milli maraqları ilə bağlı məsələlərə həssaslıqla yanaşaraq, qarşılıqlı dəstək nümayiş etdirirlər. Dövlət başçılarının qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11-12 oktyabr 2022-ci ildə Qırğız Respublikasına dövlət səfəri etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 oktyabr 2023-cü ildə Bişkek şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Qırğız Respublikasına işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5-6 noyabr 2024-cü il tarixində Qırğız Respublikasına işgüzar səfər etmişdir. Qırğız Respublikasının Prezidenti Sadır Japarov 19-20 aprel 2022-ci ildə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Qırğız Respublikasının Prezidenti Sadır Japarov 24 noyabr 2023-ci ildə Bakıda keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı-SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Qırğız Respublikasının Prezidenti Sadır Japarov 24-25 aprel 2024-cü il tarixlərində Azərbaycan Respublikasına dövlət səfəri etmişdir. Qırğız Respublikasının Prezidenti Sadır Japarov 5-6 iyul 2024-cü il tarixlərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Qırğız Respublikasının Prezidenti Sadır Japarov 11-12 noyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 11 oktyabr 2023-cü ildə Bişkek şəhərində keçirilmiş MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Qırğız Respublikasına işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 8-9 aprel 2024-cü il tarixlərində Qırğız Respublikasına rəsmi səfər etmişdir. Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev 2-4 iyul 2021-ci ildə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Parlamentlərarası əlaqələrə gəlincə Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi qrup 13 dekabr 2005-ci ildə təsis edilmişdir. Qrupun rəhbəri – millət vəkili Musa Quliyevdir. Qırğız Respublikasının Joqorku Keneşində (Parlament) Qırğızıstan-Azərbaycan əməkdaşlıq üzrə dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri – Zulpuyev Saidbek Meyracdinoviçdir. Müqavilə-hüquq bazasına gəlincə105 sənəd imzalanmışdır. Mühüm sənədlər isə 20 aprel 2022-ci ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”dir. İqtisadi sahədə əməkdaşlığa gəlincə 23 aprel 1997-ci ildə Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişə əsasən Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır. Komissiyanın indiyədək keçirilmiş iclaslarının sayı-5. Sonuncu beşinci iclas 26 iyul 2023-cü il Çolpan-Ata şəhərində keçirilmişdir. Geri qayıt |