Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafı ilə bağlı yaradılmş Qərargah üzvlərinin iştirakı ilə müşavirə keçirilib
Qazaxda 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafı ilə bağlı yaradılmş Qərargah üzvlərinin iştirakı ilə müşavirə keçirilibDünən, 14:47 |
|
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da sözügedən Dövlət Proqramında əksini tapan məsələlərin icrasına həssaslıqla yanaşılır. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyəti başçısının 15 iyul 2026-cı il tarixli 9-23/250 nömrəli Sərəncamı ilə Qazax rayonu üzrə “2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafı” ilə bağlı Qərargah yaradılıb və “İş Planı” təsdiq edilib. İyulun 30-da Qazaxda 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafı ilə bağlı yaradılmş Qərargah üzvlərinin iştirakı ilə müşavirə keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müşavirədə qarşıda duran vəzifələrdən, istehsal olunan məhsulların həcminin artırılmasından, sahibkarlara göstərilən dövlət qayğısından, taxıl biçininin mövcud vəziyyətindən, biçin zamanı, eləcə də biçindən sonra əkin sahələrinin yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasından, heyvandarlığın inkişafı istiqamətində görüləcək işlərdən, əkin sahələrinin suvarılmasının təmin edilməsindən və s. məsələlərdən geniş söhbət açılıb. Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov, Qazax Bitki Mühafizə və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin rəisi Faiq Bəkirov, Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi İlqar Orucov, Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisiRövşən Lətifov, Qazax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində baş mühəndis Asim Osmanov, "Aqroservis" ASC-nin Şəmkir Rayon Nümayəndəliyinin Qazax rayon bölməsinin rəhbəri Murad Nəsibov, FHN Qazax Dövlət Yanğından Mühafizə Hissəsinin rəis əvəzi Kənan Yolçuyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya Və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi Humay Qocayeva, sözügedən müəssisələrin məsul əməkdaşları, xidmət sahələrinin rəhbərləri, RİH başçısının kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, sahibkarlar, fermerlər, KİV nümayəndələri iştirak ediblər.
Sahibkarlardan Vüqar Kərimov, Xəyyam Sanıyev, fermerlərdən Asif Yusifov və başqaları çıxış edərək ölkəmizdə sahibkarlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bugünkü müşavirəni onlara göstərilən növbəti dövlət qayğısı kimi qiymətləndiriblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bildirib ki, bizim kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində gördüyümüz bütün işlər demək olar ki, proqramlı şəkildə davam etdirilir. Bu isə o deməkdir ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əməli işləri daha da artırmalıyıq. Ölkə başçısının yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişafına yüksək təkan verməsindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən müsbət nəticə çıxararaq öz töhfəmizi verməliyik. Üzərimizə düşən işlərin öhdəsindən layiqincə gələrək bütün sahələrdə ön sırada dayanan Qazaxda kənd təsərrüfatı sahəsində də yüksək göstəricilərə nail olmalıyıq.
Geri qayıt |