Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı tərəfindən şəhid anasına ayrılan diqqət minnətdarlıqla qarşılanıb

Qazaxda icra başçısı tərəfindən şəhid anasına ayrılan diqqət minnətdarlıqla qarşılanıb


Bu gün, 12:51

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda hər zaman örnək və nümunə götürülür. Dövlətin, ölkə başçısının şəhid ailələrinə, qazilərə göstərdiyi qayğını hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bu təbəqədən olan insanlara həssaslıqla yanaşması, xüsusi diqqət ayırması, əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət etməsi, igid Vətən oğullarının əziz xatirələrini ehtiramla anması, yad etməsi söylədiklərimizin əyani sübutudur. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun iyulun 24-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında 2026-cı il üçün Azərbaycanın idman paytaxtı seçilən Qazaxda keçirilən avarçəkmə tədbirində iştirak edən Vətən müharibəsi şəhidi, ölkə Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Şamilov Emil Rafiq oğlunun anasına göstərdiyi səmimi münasibət, ayırdığı diqqət rayon rəhbərinin şəhid ailələrinə göstərdiyi qayğının daha bir bariz nümunəsidir.

Qazaxda qonaq olan şəhid anası Validə Şamilova ilə səmimi söhbət edən rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışaraq həmin zəfərdə payı olan Emil Şamilov kimi qəhrəman oğullarımızla bu gün hər kəsin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu qeyd edib.

“Şəhidin bir ünvanı var, o da Azərbaycandır. Şəhidlərimizə ehtiram göstərmək, onların ailələrinə diqqət ayırmaq hər bir dövlət məmurunun, eləcə də hər bir ölkə vətəndaşının borcudur”, - deyən icra başçısı Şəhidlik zirvəsinə ucalan Emil tək oğullarımızla tək bu gün deyil, illər ötsə belə gələcək nəsillərin qürur duyacağını söyləyib. Nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını dilə gətirib.

Şəhid anası Validə Şamilova şəhid ailəsi kimi hər zaman ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Rayon rəhbərinin ona olan səmimi münasibətinə görə razılığını ifadə edərək övladı Emilin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.

Məlumat üçün qeyd edək ki, Şamilov Emil Rafiq oğlu 3 iyul 1996-cı ildə Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində anadan olmuşdur. 2009-cu ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 296 saylı tam orta ümumtəhsil məktəbi bitirmişdir. 2009-cu ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 12 saylı Bakı Peşə məktəbinə daxil olmuşdur. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır.

Kiçik yaşlarından idmana olan marağı Emilin sonrakı həyatına ciddi təsir edib. Türk dünyasının milli döyüş sənəti olan Alpaqut sənətinin sirlərini dərindən öyrənən Emil həm bu idman növündə, həm də karate idmanında ard-arda uğurlar əldə edib. 2007-ci ildən professional “Oyama Kyokuşin Kontak Karate” idman növü ilə məşğul olmuşdur. 12 qat Respublika çempionu, 1 qat Avropa çempionu, Dünya kubokunun sahibi, Yevraziya çempionu, Zakafkaziya çempionu, 70-dən çox beynəlxalq turnirlərin qalibi, 3-cü dan Qara kəmər sahibi, Sensey adına layiq görülmüşdür. İdmanda peşəkarlıq səviyyəsinə çatan Emil “Alparslan” idman klubunu təsis edib. Bundan sonra həm də müəllim kimi idman dərsləri keçib, gənclərə bu idman növünün sirlərini öyrədib.

Vətən müharibəsi başlayan kimi könüllü olaraq ordu sıralarına yazılmış, Xüsusi Təyinatlı Qoşun növündə döyüşlərdə iştirak etmişdir.

26.10.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşdə qəhramancasına şəhid olmuşdur. 27.10.2020-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.


Geri qayıt