Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı yeni asfalt örtüyü döşənən Süleyman Rüstəm küçəsində görülmüş işlərlə yerində tanış olub - FOTOLAR

Qazaxda icra başçısı yeni asfalt örtüyü döşənən Süleyman Rüstəm küçəsində görülmüş işlərlə yerində tanış olub - FOTOLAR


Dünən, 19:48

Prezident İlham Əliyev tərəfindən qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla icra olunması sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilməkdədir. Görülmüş işlər nəticəsində nəinki paytaxt Bakı, eləcə də bütün bölgələrimiz gündən-günə müasirləşir, gözəlləşir. Bunu son bir neçə ildə Qazaxın timsalında, rayonda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.

Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda həyata keçirilən işlərdən biri də rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə görülən təqdirəlayiq işlərdir.

2026-cı ildə Qazax şəhərində yolların əsaslı təmiri işlərində nəzərdə tutulmuş Fərrux Qayıbov, Babək, Şah İsmayıl Xətai, Amid Məmmdov, Mir Cəlal Paşayev küçələrinə yeni asfalt örtüyü vurulub. Hazırda isə şəhərin Süleyman Rüstəm küçəsinə yeni asfalt örtüyü vurulur.

İyulun 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov asfalt örtüyü döşənən həmin küçədə görülmüş işlərlə yerində tanış olub, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.

Rayon sakinləri, eləcə də sözügedən küçələrdə yaşayan vətəndaşlar son illər ölkə başçısının rəhbərliyi altında Qazaxda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsini razılıq hissi ilə qarşılayır və bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər. Yaşadıqları küçələrin asfaltlanmasına görə təşəkkürlərini ifadə edirlər.


Geri qayıt