Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı yeni asfalt örtüyünün döşənməsi yekunlaşan Fərrux Qayıbov küçəsində görülmüş işlərlə yerində tanış olub - FOTOLAR
Qazaxda icra başçısı yeni asfalt örtüyünün döşənməsi yekunlaşan Fərrux Qayıbov küçəsində görülmüş işlərlə yerində tanış olub - FOTOLARBu gün, 14:33 |
|
Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda həyata keçirilən işlərdən biri də rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə görülən təqdirəlayiq işlərdir. 2026-cı ildə Qazax şəhərində yolların əsaslı təmiri işlərində nəzərdə tutulmuş Fərrux Qayıbov, Babək, Şah İsmayıl Xətai, Amid Məmmdov, Mir Cəlal Paşayev küçələrinə yeni asfalt örtüyü vurulur ki, artıq işlər yekunlaşıb. İyulun 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün ikinci qat asfalt örtüyünün döşənməsi yekunlaşan Fərrux Qayıbov küçəsində görülmüş işlərlə yerində tanış olub, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib. Rayon sakinləri, eləcə də sözügedən küçələrdə yaşayan vətəndaşlar son illər ölkə başçısının rəhbərliyi altında Qazaxda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsini razılıq hissi ilə qarşılayır və bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər. Yaşadıqları küçələrin asfaltlanmasına görə təşəkkürlərini ifadə edirlər. Fərrux Qayıbov küçəsi
Mir Cəlal Paşayev küçəsi
Geri qayıt |