Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı şəhid qardaşının hüzr mərasimində iştirak edib və yaxınlarına başsağlığı verib

Qazaxda icra başçısı şəhid qardaşının hüzr mərasimində iştirak edib və yaxınlarına başsağlığı verib


Dünən, 23:21

Vətənini, torpağını hər şeydən üstün tutaraq bu yolda şirin canından keçərək Şəhidlik zirvəsinə ucalmış oğullarımız minlərlədir. Həmin qəhrəman oğullarımız təkcə verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamadılar, onlar həm də öz əməlləri ilə hər kəsə örnək və nümunə oldular. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.

Qəhrəman oğullarımızdan biri də şəhid Məmmədov Məmməd Zahid oğludur Məmməd Məmmədov 3 avqust 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbi bitirmişdir, orta təhsilli idi. 1988-1990-cı illərdə Sovet Ordusunun N saylı Hərbi Hissəsində həqiqi hərbi xidmət keçmişdir. Qayıtdıqdan sonra 1990-cı ildə PMK-72 Tikinti İdarəsində anbardar işləmişdir. 1991-ci ildə Vətənin müdafiəsinə qalxaraq könüllü Azərbaycan Ordusunun sıralarına qoşulmuş və bir çox döyüşlərdə fəal iştirak etmişdir. 06.01.1993-cü il tarixdə Ağstafa rayonu ərazisində Qələmçədə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi.

19.07.2026-cı il tarixdə qəhrəman şəhidimizin qardaşı Məmmədov Elçin Zahid oğlu dünyasını dəyişib. Çaylı kənd qəbiristanlığında dəfn edilmiş mərhumun bu gün üç mərasimi olub.

İyunun 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Çaylı kəndində olub. Şəhid qardaşının hüzr mərasimində iştirak edən icra başçısı Rəcəb Babaşov mərhum Elçin Məmmədovun vəfatından kədərləndiyini bildirib, mərhumun oğluna, ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verib.


Geri qayıt