Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş Amid Məmmədov küçəsində görülmüş işlərlə yerində tanış olub - FOTOLAR
Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş Amid Məmmədov küçəsində görülmüş işlərlə yerində tanış olub - FOTOLARDünən, 21:26 |
|
Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda həyata keçirilən işlərdən biri də rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə görülən təqdirəlayiq işlərdir. 2026-cı ildə Qazax şəhərində yolların əsaslı təmiri işlərində nəzərdə tutulmuş Fərrux Qayıbov, Babək, Şah İsmayıl Xətai və Amid Məmmdovküçələrinə yeni asfalt örtüyü vurulur.
Rayon sakinləri, eləcə də sözügedən küçələrdə yaşayan vətəndaşlar son illər ölkə başçısının rəhbərliyi altında Qazaxda genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayır və bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər. Yaşadıqları küçələrin asfaltlanmasına görə təşəkkürlərini ifadə edirlər.
Geri qayıt |