Əsas Səhifə > Manşet / İdman > “İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub
“İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunubDünən, 19:55 |
|
2 günlük yarış proqramı çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarış təşkil olunacaq. Yarışın məqsədi uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək, velosiped idmanına marağı artırmaq və bu idman növünə yeni istedadların cəlb olunmasına töhfə verməkdir İyulun 20-də Qazax Rayon İcra Hakimiyyətində Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub. Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müaviniElçin Cəfərov, idarənin İdman Sektorunun aparıcı məsləhətçisi Həsənəli Həsənov iştirak ediblər. Sözügedən yarışla əlaqədar görülməsi nəzərdə tutulan işlər müzakirə olunub, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Geri qayıt |