Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə yerində tanış olub - FOTOLAR
Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə yerində tanış olub - FOTOLARDünən, 19:08 |
|
Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda həyata keçirilən işlərdən biri də rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə görülən təqdirəlayiq işlərdir. 2026-cı ildə Qazax şəhərində yolların əsaslı təmiri işlərində nəzərdə tutulmuş Fərrux Qayıbov, Babək, Şah İsmayıl Xətai və Amid Məmmdovküçələrinə yeni asfalt örtüyü vurulur. İyulun 20-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni asfalt örtüyü döşənən küçələrdə görülmüş işlərlə yerində tanış olub, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib. Rayon sakinləri, eləcə də sözügedən küçələrdə yaşayan vətəndaşlar son illər ölkə başçısının rəhbərliyi altında Qazaxda genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayır və bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər. Yaşadıqları küçələrin asfaltlanmasına görə təşəkkürlərini ifadə edirlər. Babək küçəsi
Şah İsmayıl Xətai küçəsi
Geri qayıt |