Əsas Səhifə > Manşet / Sosial > Tikinti işləri sürətlə davam edir
Tikinti işləri sürətlə davam edir23-03-2018, 21:43 |
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq yeni inşa olunan tikinti obyektlərinə baş çəkir, görülən işlərlə maraqlanır. Bu gün İcra Başçısı “İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində tikilən müəssisədə görülən işlərə baxış keçirib. Rayon rəhbərinə məlumat verilib ki, 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun və texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi işləri başa çatıb. Hazırda 2600 tonluq soyuducu anbarın və ofis binasının tikintisi işləri davam edir. Ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə, quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilib, 4 ədəd transformator quraşdırılıb. Xram çayı üzərində 3 pilləli nasos stansiyaları tikilib, ikinci nasosxana sistemi quraşdırılıb, birinci və üçüncü nasosxanalarda isə montaj işləri başa çatıb. Bundan əlavə, 850 hektar sahədə damcı üsulu ilə çiləmə sisteminin quraşdırılması üçün 18 km uzunluğunda sahədaxili xətlər çəkilib, boru və qurğular alınıb. Tikinti tam başa çatdıqdan sonra müəssisədə 200 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Sonra İcra başçısı “Birinci Şıxlı” kəndli fermer təsərrüfatında olub, əkin sahələrinə baxış keçirib, tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Geri qayıt |