Əsas Səhifə > Manşet / Mədəniyyət > Qazaxda “Heydər Əliyevin müasir Azərbaycanın memarlıq və şəhərsalmasına töhfələri” adlı tədbir keçirilib

Qazaxda “Heydər Əliyevin müasir Azərbaycanın memarlıq və şəhərsalmasına töhfələri” adlı tədbir keçirilib


Bu gün, 15:41

Respublika Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunub.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.

İyulun 13-də Qazax Rayon İcra Hakimiyyəti, Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Heydər Əliyevin 14 iyul 1969-cu il tarixində Mərkəzi Komitənin I katibi seçilməsi ilə Azərbaycana rəhbərliyininbirinci dövründə ölkədə aparılan quruculuq, şəhərsalma və memarlıq ənənələrinin geniş vüsət almasına həsr olunmuş “Heydər Əliyevin müasir Azərbaycanın memarlıq və şəhərsalmasına töhfələri” adlı tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, şəhid ailələri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin, Qazax Rayonu üzrə Təhsil Sektorunun, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Qazax rayonu üzrə Mədəniyyət idarəsinin, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəhbər və əməkdaşları, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qazax rayonu üzrə mütəxəssisləri, KİV nümayəndələri iştirak ediblər.

İlk olaraq Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax Dövlət Rəsm Qalereyası tərəfindən “Şəhərsalma və Memarlıq ili” ilə əlaqədar elan edilmiş müsabiqə üçün təqdim edilmiş rəsmlərə baxış keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. “Heydər Əliyevin müasir Azərbaycan memarlığına töhfələri” filmi nümayiş etdirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, Azərbaycan şəhərsalma ənənəsi təkcə memarlıq nümunələrinin tarixi deyil, həm də dövlətçilik düşüncəsinin, sosial inkişafın, iqtisadi modernləşmənin və milli mədəniyyətin şəhər məkanında ifadəsidir. Bu baxımdan ölkəmizin şəhərsalma tarixində Ümummilli Lider Heydər Əliyev mərhələsi xüsusi yer tutur. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi həm sovet dövründə, həm də müstəqillik illərində şəhərsalma siyasəti təsadüfi tikinti prosesi kimi deyil, sistemli dövlət siyasəti kimi formalaşıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü - 1969–1982-ci illər respublikanın sənaye, sosial infrastruktur və şəhərsalma baxımından sürətli inkişaf mərhələsi idi. Bu dövrdə Bakı müasir inzibati, mədəni və ictimai mərkəz kimi formalaşmağa başlamışdı. Yeni yaşayış massivləri, nəqliyyat infrastrukturu, ictimai binalar, mədəniyyət obyektləri vəinzibati komplekslər şəhərin simasını dəyişdirdi. Həmin dövrdə tikilən sənaye obyektləri, nəqliyyat infrastrukturu və yaşayış massivləri Azərbaycanın sonrakı iqtisadi inkişafı üçün mühüm baza yaratmışdı. Bu isə ölkəmizin şəhərsalma və memarlıq sahəsində ayrı-ayrı layihələrin, təsadüfi qərarların və ya mövsümi təşəbbüslərin cəmi kimi yox, dərin tarixi köklərə, ardıcıl siyasi iradəyə və güclü dövlət idarəçiliyinə söykənən uzunmüddətli milli strategiyanın əsasının qoyulması demək idi. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də bu strategiyanın məntiqi davamı, o dövrdə əsası qoyulmuş strategiyanın siyasi təsdiqidir. Bu gün bu strategiya iki böyük mərhələ və iki liderin adı ilə tarixə yazılıb. Heydər Əliyevin yaratdığı dövlətçilik məktəbi və Prezident İlham Əliyevin bu məktəbi müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirməsi. Hər iki mərhələdə Qazaxın adı ön sıralardadır. Çünki 3 dəfə Heydər Əliyev, 10 dəfə İlham Əliyevin rayonumuza etdiyi səfərlərin hər biri yeni bir infrastruktur layihə, yenidən quruculuq kimi tarixə yazılıb. Elə bunlardan 3 səfər son 10 il müddətində olub. Bu gün rayonumuzda və ölkədə əhəmiyyəti ilə diqqət çəkən infrastruktur layihələrin açılışı və ya əsasının qoyulması bunun bariz nümunəsidir. Dahi Heydər Əliyevin fəlsəfi yanaşmasının formalaşmasında onun şəxsi maraq və meyillərinin də rolu az olmamışdır. Memarlığı həyat yolu kimi seçərək 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olsa da, İkinci Dünya müharibəsinin başlanması səbəbi ilə bu sahədə təhsilini başa çatdıra bilməsədə Heydər Əliyev tarixin memarı olmuşdu. Tarix yaradan şəxsiyyət kimi əvvəlcə sovet dövründə, sonradan isə müstəqillik illərində Azərbaycan dövlətinin memarı kimi daxili quruculuq potensialı və memarlığa olan marağı sonrakı fəaliyyətində aydın şəkildə özünü göstərmiş, şəhərsalma ilə bağlı qəbul edilən qərarlarda peşəkar yanaşma və sistemli baxış özünü aydın büruzə vermişdir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana 1969-cu ildən başlayan rəhbərliyi dövründə şəhərsalmada daha çevik və kompleks yanaşmanın tətbiqinə başlanmış, respublikanın müxtəlif regionlarında yeni sənaye və yaşayış məntəqələri salınmış, mövcud şəhərlərin baş planları yenilənmişdir. Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir kimi şəhərlərdə sosial və nəqliyyat infrastrukturu genişləndirilmiş, ölkədə qədim şəhərlərin memarlıq siması qorunmuş, tarixi abidələrin bərpası sistemli xarakter almışdır. Məhz həmin dövrdə formalaşdırılan layihələndirmə və planlaşdırma mexanizmləri sonrakı mərhələlərdə şəhərsalma siyasətinin davamlılığını təmin edən mühüm baza rolunu oynamışdır. Ümummilli Lider şəhərlərin estetik və funksional baxımdan yenilənmiş simasının formalaşmasında həlledici rol oynayaraq, tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür. Azərbaycanın müasir şəhərsalma və memarlıq tarixini Heydər Əliyev şəxsiyyətindən kənarda izah etmək mümkün deyil. Ümumiyyətlə, Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir, tərəqqinin, müsbət fundamental transformasiyaların təməlini təşkil edir və gələcək inkişaf üçün alternativsiz, istiqamətverici vektor rolunu oynayır. 2020-ci ildə Vətən müharibəsində əldə edilmiş möhtəşəm Qələbə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Azərbaycanın müasir tarixində yeni səhifə açmaqla yanaşı, ölkəmizin qarşısında strateji hədəflər, vəzifələr müəyyənləşdirmişdir. Qarşıda duran ən mürəkkəb məsələ 30 illik işğal dövründə tamamilə dağıdılmış böyük bir ərazinin yenidən qurulması və həmin ərazilərdə insanların layiqli yaşayışının təmin edilməsi olmuşdur. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və “Böyük Qayıdış” prosesi çərçivəsində 8 şəhərin Baş planı, 3 şəhərin Müfəssəl planı və 101 yaşayış məntəqəsi üzrə (kənd və qəsəbə ilə birlikdə) şəhərsalma əsaslandırması təsdiq olunmuşdur. Üç müasir hava limanı inşa olunmuş, yüz kilometrlərlə ölçülən avtomobil və dəmir yolları salınmış, yüzlərlə körpü, onlarla tunel, viaduk inşa edilmişdir. Elektrik enerjisi, su təchizatı, habelə sosial və humanitar sahələrdə genişmiqyaslı layihələr reallaşdırılır. 2026-cı il mayın 1-nə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə 40-dan artıq yaşayış məntəqəsində 85 minə yaxın insan yaşayır, fəaliyyət göstərir və təhsil alır. Heydər Əliyev sadəcə bədii bir bənzətmə deyil, onun şəhərsalma fəaliyyətinin əsas mahiyyətidir. O, Azərbaycanı sanki böyük bir kətan üzərində yenidən cızan, hər bir detalına şəxsən diqqət yetirən bir strateq idi. Onun dövrünə qədər Bakıda rus və sovet memarlığının təsiri çox güclü idi. Heydər Əliyev isə memarlıqda "Azərbaycançılıq" ideyasını irəli sürdü. O, orta əsr Azərbaycan memarlıq məktəbinin elementlərini (məsələn, Şirvanşahlar sarayının tağları, Əcəmi Naxçıvaninin həndəsi naxışları) müasir beton binalara köçürülməsini təşviq etdi. O, keçmişin dağıdılmasına yox, bərpasına inanırdı. İçərişəhərin qorunması, tarixi abidələrin restavrasiyası və eyni zamanda şəhərin yeni hissələrində dahi şair və mütəfəkkirlərin (Nəsimi, Nizami, Füzuli) abidələrinin ucaldılması şəhəri bir açıq səma altında muzeyə çevirdi. 1993-cü ildən sonra o, Azərbaycanın müstəqil dövlət kimi gücünü göstərən layihələrə imza atdı. Bibiheybət məscidinin təməlinin yenidən qoyulması və möhtəşəm şəkildə tikilməsi onun həm də xalqın mənəviyyat memarı olduğunun sübutu idi. Heydər Əliyev üçün memarlıq sadəcə tikinti deyil, xalqın özünütəsdiqi idi. O, hər bir binanı Azərbaycanın gələcəyinə qoyulan bir imza kimi görürdü. Bu, onun "memar qəlbi"ni göstərən bir neçə maraqlı və vacib məqamlardandır. Bu gün Azərbaycanın memarının adını daşıyan bir çox şedevrlər var. Heydər Məscidi Bakının ən əzəmətli dini tikililərindən biri kimi dövlət tərəfindən memarlıq abidələri siyahısına daxil edilmişdir. Heydər Əliyev Mərkəzi Bakının simvollarından biri olan bu bina dünya memarlığının incilərindən sayılır. Heydər Əliyev Beynəlxalq Aeroportu ölkənin əsas hava limanıdır. Heydər Əliyev Sarayı Bakıda yerləşən əsas konsert və tədbir zalıdır. Heydər Əliyev Prospekti paytaxtın mühüm nəqliyyat arteriyalarından biridir. Heydər Əliyev adına İdman-Konsert Kompleksi şəhərin böyük qapalı idman arenalarından biridir. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu neft sənayesinin mühüm obyektidir. Parklar və Muzeylər demək olar ki, hər bir rayonda (məsələn, Xətai, Binəqədi, Qazax, Bərdə) Heydər Əliyev adına parklar və mərkəzlər fəaliyyət göstərir. Eyni zamanda, Xarici ölkələrdə, Türkiyə, Qarsda Heydər Əliyev adına Texniki-Peşə Liseyi və Heydər Əliyev Parkı yerləşir. Ankara və İstanbulda da onun adını daşıyan küçələr və parklar var. Qazaxıstanda, Astana şəhərində Heydər Əliyev küçəsi mövcuddur. Gürcüstanda, Rustavi və Tbilisidə Heydər Əliyev adına parklar və abidələr var. Misirdə, Qalubiyyə vilayətində Heydər Əliyev adına park və heykəli qoyulub. Rusiyada, Ulyanovsk, Həştərxan və digər şəhərlərdə onun adına meydanlar və küçələr verilib. Bütün bunlar onu göstərir ki, memar və dövlət xadimi kimi tanınan Heydər Əliyevin şah əsəri birbaşa fiziki tikili deyil, onun qurduğu, inkişaf etdirdiyi və gələcəyə hazırladığı müasir, müstəqil Azərbaycan Respublikasıdır. Və onun adı onun imzası hələ minilliklər boyunca yaşayacaq.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova bildirib ki, Respublika Prezidenti İlham Əliyevin 2026-cı ili ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan etməsi dövlətin milli-mədəni irsə, şəhər mühitinin keyfiyyətinə və memarlıq düşüncəsinə verdiyi xüsusi önəmin bariz göstəricisidir. Bu Sərəncam təkcə memarlıq sahəsinə dair tədbirlərin intensivləşdirilməsi deyil, eyni zamanda şəhərsalma prosesində milli kimlik, estetik məsuliyyət və tarixi yaddaş prizmasından yanaşmanın vacibliyini gündəmə gətirir. Şəhər yalnız binalar toplusu deyil, xalqın dünyagörüşü, mədəni səviyyəsi, tarixə və gələcəyə münasibətinin məkan üzərindəki izidir. Bu baxımdan, Azərbaycan şəhərsalma mədəniyyəti əsrlərboyu təsadüfi yox, planlı, rəmzi mənalı şəkildə formalaşmış, memarlıqda ölçü, nizam əsas meyar olmuşdur. Tarixi şəhərlərimizdə memarlıq həmişə, sadəcə, funksional ehtiyaca deyil, estetik harmoniyaya və ideya bütövlüyünə xidmət etmişdir. Azərbaycan memarlıq sənətinin bir çox qiymətli nümunələri dünya memarlığının inciləri sırasına daxil olmuşdur. Ölkəmizin paytaxtı Bakı şəhərindəki qədim memarlıq abidələri isə mədəniyyətimizin və tariximizin rəmzlərinə çevrilmişdir. Xalqımızın milli sərvəti olan İçərişəhər Azərbaycanda hələ yüzillər bundan əvvəlki şəhərsalma sənətinin əzəmətli təzahürüdür. Burada ucaldılmış Qız qalası, qala divarları və Şirvanşahlar sarayı kompleksinin şöhrəti dünyaya yayılmışdır. Orta əsrlər şəhər mədəniyyətinin təcəssümü kimi kompleksə daxil olan məscidlər, karvansara, zorxana, bazar meydanı və digər tikililər mühəndis-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğurur. XX əsrin ikinci yarısında Azərbaycanın paytaxtında yeni və maraqlı memarlıq abidələri ucaldılmağa başlandı ki, bunların sırasına Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı üçün inşa edilən yeni binalar daxil idi. Kinoteatrlar, mədəniyyət sarayları şəbəkələri genişləndirildi. 1960-cı ildən Bakıda genişekranlı kinoteatr tikilməsi qərara alındı ki, bu tikintiyə 1962-ci ildə başlanıldı. 1960–1970-ci illər arasında iki dəfə Bakıda geniş səhnəli kinopanarama binasının tikilməsi qərara alınsa da, müəyyən səbəblərdən, inşaat işləri yarımçıq dayandırıldı. Tikinti işlərinə yalnız ölkədə quruculuq və abadlığın vüsət aldığı dövrdə, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmasından sonra başlanıldı. Heydər Əliyev ölkədə tikinti işlərinə rəhbərliyi tanınmış inşaat mühəndisi Əliş Ləmbəranskiyə tapşırdı. Beləliklə, tikintisi on illərlə ləngiyən binada inşaat işləri sürətləndirildi. İki il ərzində V. İ. Lenin adına sarayın tikintisi başa çatdırıldı. 1972-ci ilin 11ndekabrında tikintinin qabaqcılları iş yoldaşlarının alqışları altında sarayın rəmzi açarını Heydər Əliyevə təqdim etdilər. Bu açar ən qiymətli xatirə əşyası kimi sarayda indi də qorunub saxlanılır. 1991-ci ilin sentyabrında binanın adı Respublika Sarayı, 2004-cü ilin 4 mart tarixində isə Prezident İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Sarayı olaraq dəyişdirilib. Bakının memarlıq ansamblında maraqlı memarlığa malik "Gülüstan" sarayının da özünəməxsus yeri var. “Gülüstan” sarayı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-1980-ci illərdə inşa edilib. Ulu Öndər bu sarayın tikintisinin gedişini şəxsən daim nəzarətdə saxlayıb, inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı mütəmadi olaraq tövsiyə və tapşırıqlarını verib. “Gülüstan” sarayı yalnız keçmiş Sovet İttifaqında deyil, daha geniş məkanda ən müasir və özünəməxsus gözəl arxitektura nümunələrindən biri hesab olunurdu. Bakının memarlıq ansamblını daha da gözəlləşdirən bu sarayın inşası o zaman Ulu Öndərin paytaxtımızın inkişafı ilə bağlı həyata keçirdiyi silsilə tədbirlərin tərkib hissəsi idi. Sarayın arxitekturasında Azərbaycanın milli memarlıq elementlərindən geniş istifadə olunub. Bu gün də öz gözəlliyi ilə şəhərin memarlığına rəng qatan Prezident sarayının tikilməsinə dair işlər 1977-ci ilin oktyabr ayında layihəsini bəyənmiş Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. Sarayın inşasına isə 1978-ci ildə başlanmış, 1986-cı ildə bina istifadəyə verilmişdir. Sarayın olduğu yer Heydər Əliyevin niyyətlərinə müvafiqdir. Belə ki, burada fiziki yüksəklik hakimiyyətin mənəvi xarakteristikalarını – dövlətə həvalə edilmiş vəzifələrin aliliyini, onların aşkarlığını, hamının gözü qarşısında olmasını təcəssüm etdirir. Binanın memarlıq simasına xas olan sərt sadəlik və möhtəşəmlik Azərbaycan millətinin tarixi inkişaf təcrübəsində iz qoymuş zamanın əlamətləridir. Bundan başqa, Bakı Metropolitenin "Ulduz", "Nizami", "Neftçilər" metrostansiyaları da istifadəyə verilmişdir ki, xalqımız həmin stansiyalardan qürurla, fəxrlə, minnətdarlıqla istifadə edir. G.Həsənova qeyd edib ki, Ulu Öndərin tikinti və quruculuq sahəsində həyata keçirdiyi islahatlar təkcə Bakını deyil, regionları da əhatə etdi. Ölkəmizin ən ucqar rayonlarından olan Qazax rayonunda inşa edilən Ağstafaçay su dəryaçası bu işlərin bir hissəsidir. Çünki Kiçik Qafqaz dağlarından gələn Ağstafaçay Kür çayına milyonlarca kubmetr su axıtmasına baxmayaraq respublikanın qərb rayonları bu sudan istifadə edə bilmirdilər. 1971-ci ilin 27 iyulunda Heydər Əliyev Qazax rayonuna ilk səfəri zamanı məhz bu dəryaçanın açılışında iştirak etmişdir. Dəryaça açılandan sonra respublikanın qərb rayonları təsərrüfatlarını suvarma imkanı əldə etdilər. Səfər çərçivəsində Heydər Əliyevi yenicə tikilmiş univermaq binasına baxmağa dəvət edirlər. Heydər Əliyev birinci mərtəbəyə daxil olur, bina qənaətbəxş olmadığı üçün ikinci mərtəbəyə qalxmır. Deyir ki: “Bu bina nə Qazax şəhərinə, nə də qazaxlıların zövqünə uyğun bina deyil. Qazax gözəl şəhərdir və bundan gözəl olmağa layiqdir. Mənim qazaxlılara böyük hörmət və məhəbbətim var. Ona görə də rayonda çoxmərtəbəli yaşayış binaları, səhiyyə, mədəniyyət, təhsil ocaqları və digər sosial obyektlər tikilməlidir. Odur ki, tapşırıram qısa müddətdə Qazax yenidən qurulmalıdır”.Məhz buna görə Heydər Əliyevin Qazaxa 1971-ci il səfərinin böyük tarixi əhəmiyyəti oldu. Qazaxın yenidən qurulmasının bünövrəsi qoyuldu. Bu səfərdən 10-15 gün sonra Bakıdan Qazaxa mühəndislər, tikinti briqadaları, ustalar gəldilər. Qazax tikinti meydançasına çevrildi. 10 illik plan 8 ilə başa çatdırıldı. Qazaxda bir neçə beş mərtəbəli, bir doqquz mərtəbəli bina, mərkəzi xəstəxana binası, orta məktəb, poçt, prokurorluq binası, avtovağzal, stadion, dəmiryol xətti, Səməd Vurğunun Poeziya evi, Daş Salahlı Gil zavodu, subartezian quyuları, kanalizasiya xətləri tikilib istifadəyə verildi. Müzəffər Ali Baş Komandan, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Şanlı Zəfər, Tarixi qələbə qazanan Azərbaycan çox keçmədən öz suverenliyini tam bərpa etdi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ölkəmiz öz ərazi bütövlüyünü bərpa ertdi. İşğalda olan yurd yerlərimiz öz azadlığına qovuşdu. Bu gün qürurverici haldır ki, həmin torpaqlarda həyat yenidən canlanır. Hazırda regionun əsl tarixi simasını geri qaytarmaq, keçmiş ruhunu dirçəltmək üçün həmin ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa-quruculuq işləri aparılır. Füsunkar və əzəmətli Şuşa saysız-hesabsız mədəni tədbirlərə ev sahibliyi edir. Mədəniyyətin beşiyi olan Qarabağ tarixi sahiblərinə qovuşub. Azərbaycan, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji" zonası kimi layihələri ilə dayanıqlı inkişaf gündəliyində qlobal liderliyə iddialıdır: "İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri şəhərsalma və memarlığın dövlət siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiqləyir. Bildiyiniz kimi, 2024-cü ildə bir güllə belə atılmadan Qazaxın 4 kəndi - Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrımlı, Qızılhacılı işğaldan azad olundu. Hazırda həmin ərazilərdə minatəmizlənmə işləri davam etdirilir. Sözügedən kəndlərin layihə smeta sənədləri hazırlanmış və yaxın zamanlarda bərpasına başlanılacaqdır. Fəxrlə deyə bilərik ki, həmin kəndlərdə bərpa ediləcək evlər, yaradılacaq infrastrukturlar, sosial obyektlər rayonumuzun memarlığına böyük töhfə olacaqdır. Bu, biz qazaxlıları çox sevindirir, həm də üzərimizə böyük məsuliyyət düşür. Bu işlərdə hər zaman ölkə başçısının, dövlətin yanında olub, öz töhfəmizi verməliyik. Bu işdə hər birinizə uğurlar arzulayıram.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev Ulu Öndərin əsasını qoyduğu memarlıq və şəhərsalma strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun şəkildə davam etdirildiyindən danışıb. Bildirib ki, ölkədə memarlıq və şəhərsalma sahəsinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Tarixi və memarlıq abidələrinin qorunması isə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Respublika Prezidenti İlham Əliyev tərəfindən memarlıq və şəhərsalma sahəsində böyükdövlət proqramları icra olunur, qədim ənənələr qorunmaqla şəhərlərimizin siması müasirləşdirilir. Uzun illər işğal altında olan torpaqlarımıza qayıdış, dağıdılan şəhər və kəndlərimizin yenidən qurulması, tarixi-memarlıq irsimizin bərpası ölkəmizdə memarlıq və inşaat fəaliyyətini daha da genişləndirib. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması ən müasir tələblərə uyğun, yeni memarlıq formalarının tətbiq olunması ilə həyata keçirilir və bölgələr müasir şəhər modeli əsasında inkişaf etdirilir.

BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünəqayıdış tarixidir. Ümummilli Lider öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Məhz bu illərdə vəzifə pillələrində yüksəlişi dahi şəxsiyyətə imkan verdi ki, müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planlar həyata keçirsin, bütün ideoloji-siyasi maneələrə sinə gərərək xalqın milli inkişaf konsepsiyasını yaratsın. Ona görə də Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür.

Təqaüddə olan müəllim Bəsdi Ələkbərova çıxış edərək bildirib ki, Azərbaycan memarlığının tərəqqisində dahi şəxsiyyət Heydər Əliyevin xüsusi xidmətləri vardır. Ulu Öndər Heydər Əliyev Azərbaycanda milli memarlıq ənənələrinin qorunması, bərpası və müasir yanaşmalarla zənginləşdirilməsi siyasətinin əsasını qoyub, respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə tikinti-quruculuq işlərinə böyük əhəmiyyət verib. Ümummilli Lider memarlar qarşısında memarlıq nümunələrində milli elementlərdən istifadə etmək, milli memarlıq irsi elementlərini tətbiq etmək tapşırığını verir, həyata keçirilən inşaat işləri zamanı milli memarlıq və şəhərsalma qaydalarının qorunub saxlanmasına diqqət yetirirdi. Məhz Ulu Öndərin xidmətləri sayəsində Azərbaycanın bütün rayonlarında tarixi memarlıq ənənələrinə əsaslanan nəhəng quruculuq işləri aparılıb. Bu dövrdə şəhərlərin yenidən qurulması və bölgələrin planlı inkişafı həyata keçirilib, görkəmli memarların fəaliyyəti nəticəsində milli ruhu əks etdirən və müasir dövrün tələblərinə cavab verən yeni memarlıq nümunələri formalaşıb.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov çıxış edərək bildirib ki, yüksək zövqə malik olan Ulu Öndər Heydər Əliyev işlədiyi müddətdə memarlığın inkişafına xüsusi diqqət yetirmiş, onun öz ölkəsini gözəlləşdirmək, insanlara daha layiqli həyat bəxş etmək istəyi memarlıq sahəsində Azərbaycanın böyük uğurlar əldə etməsinə imkan yaratmışdır. Ulu Öndərin rəhbərliyi altında Bakıda və Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Qazax rayonunda yeni yaşayış binaları, mədəniyyət, səhiyyə ocaqları, təhsil müəssisələri və inzibati binalar tikilmiş, eyni zamanda qədim memarlıq abidələrinin bərpası istiqamətində mühüm işlər görülmüşdür. Bu siyasət Azərbaycanın memarlıq irsinin qorunmasına və şəhərsalmanın inkişafına mühüm töhfə vermişdir. 1969-cu ilin iyul plenumunda Azərbaycana rəhbər təyin edildikdən sonra bölgələrə səfərləri, o cümlədən Qazaxa etdiyi üç səfəri rayonumuz üçün böyük tarixi əhəmiyyət kəsb etmiş, bu gün rayonun görünüşünə xüsusi gözəllik qatan bir sıra infrastruktur layihələrin əsasını qoymuş və ya açılışında iştirak etmişdir. Mən də bu tədbirlərin birində iştirakçı kimi dahi rəhbərin etdiyi çıxışları dinləyib, onun rayonumuz haqqında dediyi müdrik fikirlərlə qürur hissi keçirmişəm.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin tarix müəllimi, tarix fənn birləşmə komissiyasının sədri Mətanət Kazımova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev hələ gənclik illərindən memarlığa böyük həvəs göstərib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb, amma İkinci Dünya müharibəsinin başlanması ona orada təhsilini sona çatdırmağa imkan verməyib. Bununla belə, Ümummilli Liderin memarlığa sevgisi və diqqəti könlündə həmişəlik yurd salıb. Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Heydər Əliyev ölkənin memarlıq abidələri ilə zənginləşdirilməsinə, gözəl dizaynlı binalarla, heykəllərlə gözəlləşdirilməsinə xüsusi diqqət yetirib. Ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq, qısa bir dönəmdə Azərbaycan memarlıq və şəhər salnaməsində artıq estetik dəyişikliklərə start verildi. Ümummilli Liderin Azərbaycan memarları qarşısında qoyduğu ilk tapşırıq belə idi ki, tikilinin formasından asılı olmayaraq, milli üslub, milli kolorit, tarixi, klassik memarlıq adət-ənənələri davam etdirilməlidir. Baxmayaraq ki, həmin dövrlərdə SSRİ məkanında o cür formatda tikililərin layihələndirilməsinə belə icazə verilmirdi. Bütün bu çətinliklərə baxmayaraq, Ulu öndər konseptual həllini özü təyin etdiyi layihələrin həyata vəsiqə almasına nail olurdu. O tikililərin layihələndirməsində, necə deyərlər, süjet xəttini özü verir və hətta memarlarımız tərəfindən layihələr işləndikcə mütəmadi olaraq müzakirələr aparırdı. Yəni demək olar ki, layihələri özü memarlarımızla birgə işləyirdi. Bu, dünya tarixində müşahidə olunmamış bir hadisədir. Məhz bunun nəticəsində həmin dövrlərdə müasir şəhərsalma prinsiplərinə və xalq təsərrüfatının tələbinə uyğun olaraq, şəhərlərimizin yeni baş planları işləndi, yaşayış məntəqələrinin siması köklü şəkildə dəyişdi. Əgər ona qədər Azərbaycanda cəmi 37 şəhərin baş planı vardısa, 70–80-ci illərdə 60 şəhərin və bir sıra şəhər tipli qəsəbələrin baş planları işlənildi. Beləliklə də, bir-birindən gözəl, milli üslubda ucaldılan tikililər epoxası başlandı.

Tədbirin sonunda rəsm müsabiqəsinin qaliblərinə I,II,III yerlərin diplomları və fərqlənən işlərə Fəxri Fərmanlar təqdim edilib.


Geri qayıt