Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı təmir işləri başa çatan ikimərtəbəli binada olub və sakinlərlə görüşüb
Qazaxda icra başçısı təmir işləri başa çatan ikimərtəbəli binada olub və sakinlərlə görüşübBu gün, 15:41 |
|
Təqdirəlayiq haldır ki, rayonda aparılan abadlıq işləri hər il olduğu kimi, bu il də uğurla davam etdirilir. Bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır. Önəmlisi də odur ki, şəhərin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin, həmçinin vətəndaşların rahatlığını təmin etmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə bir sıra işlər görülür. Qazax Mənzil İstismar Sahəsinin balansında olan şəhərin Heydər Əliyev prospekti 158 ünvanında yerləşən ikimərtəbəli yaşayış binası da abadlıq işləri aparılan belə binalardandır. Ötən il həyətinə yeni asfalt örtüyü vurulmuş binada digər abadlıq işləri də həyata keçirilib. Belə ki, sakinlərin müraciəti nəzərə alınaraq binanın fasad, blok və həyətində abadlıq işləri görülüb. Binanın prospektə və həyətə baxan hissələrində fasadda suvaq və rənglənmə işləri aparılıb, bloklar təmir olunaraq giriş qapıları qoyulub, binanın pəncərələri yenilənib, kənarlarına lövhələr vurulub, bloklarda pilləkanlar təmir edilərək yenilənib. Həmçinin, bina sakinlərinin istəyi nəzərə alınaraq həyətdə stol və stul qoyulub. İyulun 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə təmir işləri başa çatan həmin binada olub, sakinlərlə görüşərək fikirlərini öyrənib. Bina sakinləri ilə səmimi söhbət edən icra başçısı görülmüş bütün bu işlərin kökündə ölkə Prezidenti İlham Əliyevin vətəndaşına olan qayğısının, dövlət dəstəyinin dayandığını vurğulayıb. Bina sakinləri rayonda aparılan abadlıq işlərinə, eləcə də yaşadıqları binanın həyətinə yeni asfalt örtüyünün vurulmasına, bu gün isə binanın fasad və bloklarında aparılan təmir işlərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Görülmüş işləri dövlətin, ölkə başçısının onlara olan növbəti qayğısı kimi qiymətləndiriblər. Görülmüş işləri yüksək qiymətləndirən sakinlər əməyi keçən insanlara razılıqlarını ifadə ediblər.
Geri qayıt |