Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Ağköynək kəndində yol kənarında aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb

İcra başçısı Ağköynək kəndində yol kənarında aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb


Bu gün, 19:19

Son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında, dövlət başçısının göstərdiyi qayğı sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları uğurla icra olunur ki, bu, paytaxt Bakı ilə yanaşı, bütün bölgələrimizin inkişaf etdirilməsi deməkdir. Bunu son bir neçə ildə günü-gündən gözəlləşən Qazaxda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.

İyulun 6-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək kəndinin ərazisindən keçən magistral yolun kənarında aparılan abadlıq işləri ilə bağlı yerində baxış keçirib. Rayon rəhbəri görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.


Geri qayıt