Əsas Səhifə > Manşet / Mədəniyyət > Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının doğum günü qeyd olunub

Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının doğum günü qeyd olunub


22-03-2018, 22:01
Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının doğum günü qeyd olunub
Bu gün Azərbaycanın Xalq yazıçısı - İsmayıl Şıxlının doğum günü ilə əlaqədar ədibin heykəli önündə tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Kamran Nəbizadə, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin məsul işçisi Rafael Gülməmmədov, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, IV İslam Həmrəyliyi Oyunlarının zorxana və pəhləvan güləşi üzrə gümüş mükafatçısı, zoraxana idman növü üzrə Avropa və Dünya çempionu, sərbəst güləş üzrə Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Tural Əliyev, gənc rəssam Akif Əmirov, şair Zaməddin Ziyadoğlu, yazıçının yaxınları və ailə üzvləri iştirak edib.

Tədbir iştirakçıları Xalq yazıçısının heykəli önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini yad ediblər.
Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının doğum günü qeyd olunub
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq qonaqları və tədbir iştirakçılarını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, İsmayıl Şıxlı bütün həyat və yaradıcılığını azərbaycançılığa həsr etmiş əvəzolunmaz şəxslərdən olmuşdur. O, həyatı boyu həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində duraraq, milli mentalitet, Vətənin azadlığı, müstəqillik duyğusu ilə yaşamışdır.
Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının doğum günü qeyd olunub
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Qazaxda şairlərə, yazıçılara rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb. Bugünkü tədbirin həmin diqqət və qayğının ən bariz nümunəsi olduğunu qeyd edərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından ədibin əsərlərinin dəyəri barədə danışıb.

Şair Mehman Nəbiyev İsmayıl Şıxlı yaradıcılığının gənc nəsillər üçün bir məktəb olmasını qeyd edib.

Xalq yazıçısının oğlu Fərrux Şıxlı çıxış edərək atasının şəxsiyyətinə, yaradıcılığına verilən dəyərə və doğum gününün yüksək səviyyədə keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ailəsi adından dərin minnətdarlığını bildirib.

Elçin İSMAYIL

Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının doğum günü qeyd olunub
Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının doğum günü qeyd olunub
Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının doğum günü qeyd olunub
Geri qayıt