Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısı ötən gün çayda boğularaq dünyasını dəyişən gəncin hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Qazaxda icra başçısı ötən gün çayda boğularaq dünyasını dəyişən gəncin hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib


Bu gün, 21:11

İyulun 2-də Qazax rayonunun Bala Çaylı kənd sakini, 25.12.2012-ci il təvəllüdlü (14 yaş) Sadıqov Murad Mehdi oğlu Coğaz çayında çimərkən boğularaq dünyasını dəyişib. M.Sadıqov bu gün doğulduğu Bala Çaylı kənd qəbiristanlığında dəfn edilib.

İyulun 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Bala Çaylı kəndində olub, gəncin hüzr mərasimində iştirak edib. İcra başçısı Rəcəb Babaşov məktəbli Murad Sadıqovun vəfatından kədərləndiyini bildirib, onun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verib.


Geri qayıt