Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda icra başçısı rayonun quşçuluq təsərrüfatında olub

Qazaxda icra başçısı rayonun quşçuluq təsərrüfatında olub


Bu gün, 20:03

Quşçuluq kənd təsərrüfatının ən sürətlə inkişaf edən sahələrindən biri olub, əhalini yüksək keyfiyyətli heyvani zülal (ət və yumurta) və sənayeni xammal (lələk, peyin) ilə təmin edən heyvandarlıq qoludur. Respublikamızda quşçuluğun daha da inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzində olub. Əhalinin qida məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində bu sahədə həyata keçirilən tədbirlər bu gün də davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bu sahəyə böyük maraq var.

İyulun 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə sahibkar Anar Zeynalovun quşçuluq təsərrüfatında olub, buradakı mövcud vəziyyətlə maraqlanıb.

Sahibkar təsərrüfat barədə ətraflı məlumat verərək burada toyuq, ördək, qaz, hind quşuvə bildirçinyetişdirildiyini diqqətə çatdırıb.

Sahibkarla səmimi söhbət edən rayon rəhbəri onun təsərrüfatın genişləndirilməsi ilə bağlı təklif və fikirlərini öyrənib.

Sahibkar Anar Zeynalov onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Sahibkar olaraq hər zaman dövlətin dəstəyindən bəhrələndiyini qeyd edərək bugünkü ziyarəti həmin qayğının davamı kimi qiymətləndirib.


Geri qayıt