Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı rayon ərazisinə yağan dolu nəticəsində evlərinə ziyan dəymiş sakinlərlə görüşüb

Qazaxda icra başçısı rayon ərazisinə yağan dolu nəticəsində evlərinə ziyan dəymiş sakinlərlə görüşüb


Bu gün, 15:46

İyunun 20-də baş vermiş güclü külək, leysan yağışları və dolu nəticəsində Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Fərəhli, Çaylı, Alpout, Dəmirçilər kəndlərində sakinlərin yaşadığı evlərin dam örtüklərinə və təsərrüfat sahələrinə ciddi ziyan dəyib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayon fövqəladə hallar komissiyasının üzvləri baş vermiş hadisə ilə bağlı dərhal sözügedən kəndlərdə olmuş, ziyan dəymiş evlərə, həyətlərə və sahələrə baxış keçirmişlər. İcra başçısı dolu nəticəsində zərər dəymiş evlərdə olaraq mövcud vəziyyətlə şəxsən yerində tanış olub. Sakinlərə dəymiş zərərin araşdırılması, aradan qaldırılması üçün aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini verib.

İcra başçısı təbii fəlakət baş verən ilk gündən bu məsələni daim diqqət mərkəzində saxlayır, sakinlərə qayğısını əsirgəmir.

İyunun 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayon ərazisinə yağan güclü yağış, dolu nəticəsində evlərinə ziyan dəymiş Quşçu Ayrım və Fərəhli kəndlərinin sakinləri ilə təkrar olaraq görüşüb, evlərə baxış keçirərək hazırki mövcud vəziyyəti öyrənib.

Sakinlərlə səmimi söhbət edən icra başçısı baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırdığını bildirib.

Quşçu Ayrım kəndi

Fərəhli kəndi


Geri qayıt