Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı xidmət sahələrinin rəhbərləri ilə görüşüb
Qazaxda icra başçısı xidmət sahələrinin rəhbərləri ilə görüşübDünən, 21:42 |
|
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları, yaşayış məntəqələrində isə səyyar qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Həmçinin, vətəndaşlara göstərilən xidmət sahələri də hər zaman rayon rəhbərliyinin diqqət ayırdığı sahələrdəndir.
Görüşdə icra aparatının məsul əməkdaşları, Qazax Elektrik Şəbəkəsinin rəisiŞövqi Gözəlov, “Aztelekom” MMC-nin Qərb RegionalFilialının Qazax Şöbəsinin rəisiNicat Vəliyev, Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinin rəis müaviniAnar Qocayev, “CityNet”in region nümayəndəsiTurxan Əsgərov, “Sellnet”in Qazax rayonu üzrə sahə rəisiHəsənəli Yaqubov iştirak ediblər. Görüş zamanı icra başçısı Rəcəb Babaşov istehlakçıların keyfiyyətli elektrik enerjisi, təbii qaz və yüksək sürətli internetlə təmin olunması istiqamətində fikirlərini bölüşüb. Əhaliyə daha yüksək xidmətlərin göstərilməsi, enerji təchizatında, qaz təminatda, eləcə də internet sahəsində yarana biləcək hər hansı çatışmazlıqların vaxtında aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Geri qayıt |