Əsas Səhifə > Manşet / Rəsmi > Novruz yarmarkasında keyfiyyət yüksək, çeşidlər müxtəlif, qiymətlər isə ucuzdur -
Novruz yarmarkasında keyfiyyət yüksək, çeşidlər müxtəlif, qiymətlər isə ucuzdur -18-03-2018, 16:56 |
Qazax rayonunda Novruz bayramı münasibətilə hər həftə yarmarka keçirilir. Artıq beşinci həftədir ki, bayramla əlaqədar təşkil olunmuş yarmarka bu bazar günü də davam edib. Təzə Bazarda keçirilən “Novruz” yarmarkasında şənbə günündə olduğu kimi, bu gün də qələbəlik olub. Yarmarkaya rayon əhalisinin tələbatına uyğun olaraq müxtəlif çeşiddə və yüksək keyfiyyətli məhsullar çıxarılıb. Novruz bayramı münasibətilə təşkil olunmuş yarmarkanın keçirilməsində məqsəd rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq, əsasən də bayram ərəfəsində əhalinin aztəminatlı hissəsinin tələbatını ödəməkdır. Keçirilən yarmarkadan rayon sakinləri, eləcə də rayonumuzun qonaqları çeşidləri müxtəlif olan ərzaq və kənd təsərrüfatı, ət və ət məhsulları alır, yarmarkanın xidmətindən yararlanırlar. Bu gün Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev İcra Aparatının məsul işçiləri ilə birlikdə yarmarkada olaraq satılan məhsulların çeşidləri və qiymətləri ilə maraqlanıb. Məlumat verilib ki, keyfiyyətləri yüksək olan məhsullar bazar qiymətləri ilə müqayisədə xeyli ucuz satılır. Yarmarkada əhaliyə təklif edilən bütün məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağıdır. Xüsusilə qeyd etmək lazımdır ki, əhalinin ən çox istifadə etdiyi quzu əti 8 manata, mal əti isə 6 manat 50 qəpiyə satılır. Ona görə də yarmarkanın xidmətindən istifadə edən bütün rayon sakinləri ağızdolusu razılıq edirlər. Bu gün yarmarkada olan GOYEZEN.AZ portalının əməkdaşları alış-veriş edən sakinlərlə görüşərək onların fikirlərini öyrəniblər. Yarmarkanın keçirilməsinə öz münasibətlərini bildirən rayon sakinləri məhsulların çeşidlərinin çoxluğundan, qiymətlərin isə xeyli ucuz olmasından məmnunluqla söz açaraq Ölkə Başçısına minnətdarlıq ediblər. 18 mart 2018-ci il tarixdə keçirilmiş ərzaq məhsullarının satışı yarmarkasında qiymətlər aşağıdakı kimi olmuşdurGeri qayıt |