Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda icra başçısı meyvə bağlarına baxış keçirib
Qazaxda icra başçısı meyvə bağlarına baxış keçiribBu gün, 15:23 |
|
Ölkə başçısının rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar qısa müddətdə öz müsbət nəticəsini göstərir. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstək ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verir. Kənd təsərrüfatı sahəsi neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğu üçün aqrar sektor həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayır. Kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir. Azərbaycanda meyvəçiliyin inkişaf etdirilməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir. Aqrar sahə ilə bağlı qəbul olunan dövlət proqramlarında meyvəçiliyin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.Kənd təsərrüfatının ayılmaz qollarından olan meyvəçiliyin inkişafı əhalinin həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Son illər Qazaxda bütün sahələrlə yanaşı kənd təsərrüfatı sahəsinin, xüsusilə də meyvəçiliyin uğurla inkişaf etməsi istiqamətində mühüm addımlar atılır. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyi yüksək qiymətləndirən təsərrüfat sahibləri onlara olan bu dəstəyi düzgün dəyərləndirirlər. Sahibkarlar, kəndli fermerlər məhz bu qayğını əldə rəhbər tutaraq əkin sahələrini, meyvə bağlarının hektarını və çeşidini ildən-ilə genişləndirirlər. İyunun 12-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov, digər aidiyyəti şəxslərlə birlikdə rayonun Xanlıqlar və Çaylı kəndləri ərazisində müxtəlif meyvələrdən salınmış meyvə bağlarına baxış keçirib. Təsərrüfata baxan aqronom Rövşən Qənbərov rayon rəhbərliyinə məlumat verərək ərik, gilas, xurma, nektarin, şaftalı olmaqla ümumilikdə, 33 hektarda meyvə bağının salındığını bildirib. Gilas yığımının başa çatdığını, hazırda isə ərik yığıldığını, mövsümü olaraq 25 nəfərin çalışdığını qeyd edib.
Geri qayıt |