Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda icra başçısının Orta Salahlı kəndində keçirilən səyyar görüşü zamanı vətəndaşların su məsələsi ilə bağlı qaldırdıqları müraciət yerində araşdırılıb

Qazaxda icra başçısının Orta Salahlı kəndində keçirilən səyyar görüşü zamanı vətəndaşların su məsələsi ilə bağlı qaldırdıqları müraciət yerində araşdırılıb


Dünən, 21:57

Bu gün ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır ki, bu, hər bir dövlət məmurunun iş fəaliyyətinin tərkib hissəsi olmalıdır. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurlarına nümunədir.

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir.

İyunun 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Orta Salahlı kəndində yaşayan vətəndaşlarla keçirilən səyyar görüşü zamanı kəndin aşağı hissəsində 49 ailənin yaşadığı ərazidə suvarma suyu ilə bağlı müraciətlərinin rayon rəhbərliyinin tapşırığına əsasən yerində araşdırılması, müraciətə həssaslıqla yanaşılması rayonda vətəndaş məmnunluğunun təmin olunması deməkdir.

İcra aparatının və aidiyyəti qurumların məsul əməkdaşlarının iştirakı ilə keçirilən baxış zamanı məlum olub ki, kənddə sözügedən ərazidə yaşayan vətəndaşlar suvarma arxlarında təmizlik işləri aparmadığından suyun verilməsində müəyyən çətinlik yaranmışdır.

Qeyd edilən məsələ ilə əlaqədar bu gün Qazax Rayon İcra Hakimiyyətində rayon rəhbərinin, aidiyyəti şəxslərin və həmin ərazidə yaşayan bir qrup sakinin iştirakı ilə iclas keçirilib.

Rayon rəhbərinə məlumat verilib ki, sakinlərlə müvafiq söhbət aparılaraq suvarma arxlarının təmizlənəcəyi və istifadə etdikləri suya görə yaranmış borc ödənildiyi təqdirdə sakinlər su ilə təmin olunacaqlar.

İclasda iştirak edən kənd sakinləri onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bildirilən haqlı iraddan nəticə çıxararaq suvarma arxlarının təmizlənməsində yaxından iştirak edəcəklərini söyləyiblər.


Geri qayıt