Əsas Səhifə > Manşet / Rəsmi > Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu keçirib
Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu keçiribBu gün, 17:42 |
|
Nazir əvvəlcə Qazax rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib. Daha sonra Polis Şöbəsinin inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 211 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb. https://mia.gov.az/az/news/view/2015/
Geri qayıt |