Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı şəhid ailəsinin hüzr mərasimində iştirak edib və yaxınlarına başsağlığı verib
Qazaxda icra başçısı şəhid ailəsinin hüzr mərasimində iştirak edib və yaxınlarına başsağlığı veribBu gün, 17:28 |
|
Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. Mülki şəhid Şahquluyev Paşa Hümbət oğlu da mənfur düşmənin qurbanı olan həmyerlilərimizdən biridir. Paşa Şahquluyev 1936-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1953-1955-ci illərdə SSRİ ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Kəmərli kəndində yaşamış, fermada və müxtəlif işlərdə fəhlə işləmişdir. Kəmərli kəndində sərhədə yaxın ərazidə ermənilər tərəfindən əsir götürülmüşdür. Əsirlikdə olarkən çox işgəncələrə məruz qalmış və 30 sentyabr 1995-ci ildə əsirlikdən qayıdan günü evlərində vəfat etmişdir. Kəmərli kənd qəbiristanlığında dəfn olunmuşdur. İyunun 1-də şəhidimizin həyat yoldaşı Şaqquluyeva Cahan Nəbi qızı dünyasını dəyişib. Bu gün mərhum Kəmərli kənd qəbiristanlığında dəfn olunub. İyunun 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhidin evində olub. Şəhid ailəsinin hüzr mərasimində iştirak edən icra başçısı Rəcəb Babaşov mərhum Cahan Şaqquluyevanın vəfatından kədərləndiyini bildirib, şəhidin ailəsinə, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib.
Geri qayıt |