Əsas Səhifə > Manşet / Rəsmi > Daxili işlər naziri Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək
Daxili işlər naziri Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcəkBu gün, 17:12 |
|
Qazax Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.06.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı iyunun 4-də 08:00-da DİN Daxili Qoşunların Ağstafa rayonunda yerləşən hərbi hissəsində keçiriləcək. Qəbula düşmək arzusu olanlar əvvəlcədən 02.06.2026-cı il tarixədək Qazax Rayon Polis Şöbəsinə müraciət edə bilərlər. Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur. https://mia.gov.az/az/news/view/2013/ Geri qayıt |