Əsas Səhifə > Manşet / Təhsil > Bağçalarda Novruz şənliyi keçirilib -

Bağçalarda Novruz şənliyi keçirilib -


16-03-2018, 18:01
Bağçalarda Novruz şənliyi keçirilib -
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da Novruz bayramı təntənə ilə qeyd olunur. Rayonun bütün idarə və müəssisələrində, təhsil ocaqlarında Novruz bayramına həsr olunmuş silsilə tədbirlər keçirilir.

Novruz bayramı ilə əlaqədar rayonumuzdakı körpələr evi-uşaq bağçalarında da müxtəlif səpkili, bir-birindən maraqlı tədbirlər keçirilib. Tədbirlərdə uşaqlar deyib-gülüb əylənib, şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.

GOYEZEN.AZ saytının əməkdaşları şəhər 1, 4, 5 saylı körpələr evi-uşaq bağçalarında keçirilən bayram şənliklərində iştirak ediblər.

Bağçalarda əsl bayram əhval-ruhiyyəsi hiss olunurdu. Milli adət-ənənələrə əsasən bəzədilib, qədimi xalılar salınıb, səmənilər, şamlar düzülüb. Xonçalar bəzədilib, rəngli yumurtalar, şor qoğallar, şəkərburalar hazırlanıb. Bayram libaslarında olan uşaqlar böyük sevinclə çıxış edib, hazırladıqları mahnıları oxuyub, şeirlər deyib, qədim rəqsləri ifa ediblər.

Bayram şənliyi uşaqların birgə iştirakı ilə düzənlənib. Balacalar çıxışlarına Azərbaycanın Dövlət Himnini oxumaları ilə başlayıblar. Sonra Novruz mahnısı səsləndirilib. Uşaqlar Vətənə, torpağa, Bahara həsr edilmiş şeirləri və mahnıları söyləyiblər. Bayram şənliyində qızlar milli geyimdə bir-birindən gözəl rəqslər də nümayiş etdiriblər. Balaca Bahar qızının rəqsi və şeiri isə bayram tədbirlərinə daha da gözəllik gətirib. Bayrama Novruzun simvolları olan Kosa və Keçəl də təşrif buyurub. Onların gəlişi isə uşaqların sevincini daha da artırıb.

Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova 1 saylı körpələr evi-uşaq bağçasında keçirilən bayram şənliyində çıxış edərək tədbir iştirakçılarını bahar bayramı münasibətilə təbrik edib, valideynlərə, tərbiyəçilərə, körpələrə ən xoş arzularını çatdırıb. Novruzun ən qədim bayramlardan biri olduğunu diqqətə çatdıraraq bu bayramın müstəqillik qazanıldıqdan sonra daha böyük təmtəraqla qeyd olunduğunu bildirib.

RİHB Aparatının baş məsləhətçisi Teybə Hüseynova və böyük məsləhətçisi Gülnar Quliyeva 4 və 5 saylı körpələr evi-uşaq bağçalarında keçirilən bayram şənliklərində iştirak və çıxış edərək körpə fidanları əziz bayram münasibətilə təbrik edib, ən səmimi arzularını çatdırıblar.

Bağçalarda Novruz şənliyi keçirilib -
Bağçalarda Novruz şənliyi keçirilib -
Bağçalarda Novruz şənliyi keçirilib -
Bağçalarda Novruz şənliyi keçirilib -
Bağçalarda Novruz şənliyi keçirilib -
Bağçalarda Novruz şənliyi keçirilib -
Bağçalarda Novruz şənliyi keçirilib -
Bağçalarda Novruz şənliyi keçirilib -
Bağçalarda Novruz şənliyi keçirilib -
Bağçalarda Novruz şənliyi keçirilib -
Bağçalarda Novruz şənliyi keçirilib -
Bağçalarda Novruz şənliyi keçirilib -
Bağçalarda Novruz şənliyi keçirilib -
Bağçalarda Novruz şənliyi keçirilib -
Bağçalarda Novruz şənliyi keçirilib -
Geri qayıt