Əsas Səhifə > Manşet / İdman > İcra başçısı Qazax stadionunun güləş zalında aparılan əsaslı təmir işləri ilə tanış olub

İcra başçısı Qazax stadionunun güləş zalında aparılan əsaslı təmir işləri ilə tanış olub


Dünən, 15:10

Azərbaycan Güləş Federasiyası (AGF), Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) və “Arkoz Qazax Sement Zavodu” MMC arasında Memorandum imzalanıb.

2026-cı ilin İdman Paytaxtı seçilmiş Qazax rayonunda baş tutan tədbirdə AGF-nin baş katibi Pərvin Piriyev, AHİİTA-nın direktoru vəzifəsini müvəqqəti icra edən Fikrət Hacıyev, “Arkoz Qazax Sement Zavodu” MMC-nin direktoru Murat Çağlayan tərəfindən üçtərəfli əməkdaşlığa imza atılıb.

Memorandumda bölgədə idman infrastrukturunun inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi, idman tədbirləri, turnirlər və sosial layihələrin birgə təşkili, zavod əməkdaşlarının, həmkarlar ittifaqı üzvlərinin və onların yaxınlarının idman tədbirlərinə cəlb olunması və sağlam həyat tərzinin təşviqi, korporativ sosial məsuliyyət çərçivəsində gənclərin və yeniyetmələrin idmana cəlb edilməsi üçün birgə təşəbbüslərin hazırlanması və həyata keçirilməsi, informasiya və təbliğat sahəsində qarşılıqlı dəstək, tərəflər arasında əlaqələrin inkişaf etdirilməsi üçün digər birgə layihələrin icrası da nəzərdə tutulub.

Anlaşmaya əsasən artıq xeyli vaxtdır ki, Qazax şəhər stadionunun güləş zalında əsaslı təmir işlərinə başlanılıb və 2026-cı ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Mayın 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Qazax şəhər stadionunun güləş zalında aparılan əsaslı təmir işləri ilə tanış olub, mövcud vəziyyətlə maraqlanıb.


Geri qayıt