Əsas Səhifə > Manşet / Şəhidlər > Şəhid övladını fərdi qəbul edən icra başçısı onun müraciətini dinləyib
Şəhid övladını fərdi qəbul edən icra başçısı onun müraciətini dinləyibBu gün, 19:08 |
|
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Mayın 21-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Birinci Qarabağ müharibəsi şəhidi gizir Mustafayev Niyaz Mustafa oğlunun övladı 2-ci dərəcəli Vətən müharibəsi əlili Ramil Mustafayevi istəyinə əsasən fərdi qəbul edib, onun müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.
Geri qayıt |