Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Heydər Əliyev prospekti 158 ünvanında yerləşən ikimərtəbəli binada aparılan abadlıq işləri ilə tanış olub
İcra başçısı Heydər Əliyev prospekti 158 ünvanında yerləşən ikimərtəbəli binada aparılan abadlıq işləri ilə tanış olubDünən, 17:10 |
|
Təqdirəlayiq haldır ki, rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilməkdədir. Bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır. Önəmlisi də odur ki, şəhərin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin, həmçinin vətəndaşların rahatlığını təmin etmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə bir sıra işlər görülür. Qazax Mənzil İstismar Sahəsinin balansında olan şəhərin Heydər Əliyev prospekti 158 ünvanında yerləşən ikimərtəbəli yaşayış binası da abadlıq işləri aparılan binalardandır. Ötən il həyətinə yeni asfalt örtüyü vurulmuş binada artıq digər abadlıq işləri aparılır. Belə ki, sakinlərin müraciəti nəzərə alınaraq binanın fasad, blok və həyətində abadlıq işləri həyata keçirilir. Mayın 20-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə sözügedən binada olub, fasad, blok və həyətdə görülmüş işlərlə yerində maraqlanıb, aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib. Bina sakinləri rayonda aparılan abadlıq işlərinə, eləcə də yaşadıqları binanın həyətinə yeni asfalt örtüyünün vurulmasına, bu gün isə aparılan digər abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Görülmüş işləri dövlətin, ölkə başçısının onlara olan növbəti qayğısı və töhfəsi kimi qiymətləndiriblər.
Geri qayıt |