Əsas Səhifə > Manşet / Şəhidlər > Vətəndaşları fərdi qəbul edən icra başçısı onların müraciətlərini dinləyib
Vətəndaşları fərdi qəbul edən icra başçısı onların müraciətlərini dinləyibBu gün, 14:47 |
|
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Mayın 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Alpout kəndinin igid oğlu leytenant Məmmədov Məhəmməd Zakir oğlunun anasını, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”,“Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü”medalları ilə təltif olunmuş, Qızılhacılı kəndinin igid oğlu şəhid (MAHHXHQ) əsgər Tural Məmmədovun atasını, eləcə də digər şəhər sakinini istəklərinə əsasən fərdi qəbul edib, onların müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.
Geri qayıt |