|
6 il əvvəl, 2020-ci ilin 27 sentyabrında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında əzəli torpaqlarımızı düşmən tapdağından azad etmək üçün 44 günlük Vətən müharibəsinə başladıq. 44 günlük müharibənin sonunda qazandığımız tarixi Qələbə ilə Azərbaycan güclü, qalib dövlət olduğunu bütün dünyaya bir daha göstərdi. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.
Mayın 12-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxovla birlikdə xəstəxanada müalicə olunan şəhid atalarına və qazilərə baş çəkib. Rayon rəhbəri 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksələn, ölümlərindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalıilə təltif olunmuş şəhid əsgər Akşin Nəsibovun atası Vasif Nəsibovu, şəhid gizir Elvin Əhmədovun atası Qələndər Əhmədovu, Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş gizir Turan Məmmədovun atası Nadir Məmmədovu, 2020-ci ilin Tovuz döyüşləri zamanı yaralanmış, “Kəlbəcərin azad olunmasına görə” medalıilə təltif edilmiş, 2-ci dərəcəli müharibə əlili, çavuş İsmayılov Səyyar Şərif oğlunu, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı yaralanmış, “Şücaətə görə” medalı ilə təltif edilmiş, 3-cü dərəcəli əlil Quluyev Niyazi Allahverdi oğlunu müalicə olunduqlarıxəstəxanada ziyarət edərək onlarınsəhhəti və qayğıları ilə maraqlanıb.
Şəhid ailələrini və qaziləri daim diqqətdə saxlayan icra başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan şəhidlərimizin, qazilərimizin hər birimizin qürur yeri olduğunu söyləyib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. “Bu gün özümə borc bildim ki, sizləri ziyarət edim, hər zaman olduğu kimi, bu gün də şəhid ailəsinin, qazinin mənim üçün nə qədər əziz və doğma olduğunu bir daha hiss edəsiniz”, - söyləyən rayon rəhbəri şəhid atalarına və qazilərə Allahdan şəfa diləyib, ünvanlarına səmimi ürək sözlərini səsləndirib.
Şəhid ataları və qazilər ölkə Prezidentinə, Birinci vitse-prezidentə və icra başçısına onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. Bugünkü ziyarətə görə rayon rəhbərliyinə razılıqlarını ifadə edərək bu ziyarəti onlara göstərilən qayğının davamı kimi qiymətləndiriblər.







Geri qayıt
|