Əsas Səhifə > Manşet / Rəsmi > Məqsədimiz xalqa xidmət etməkdir

Məqsədimiz xalqa xidmət etməkdir


15-03-2018, 00:37

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Kosalar kənd sakinləri ilə keçirdiyi görüşdə bu fikir səslənib


Məqsədimiz xalqa xidmət etməkdir
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq səyyar görüşlər keçirir, sakinlərin müraciətlərini yerində dinləyərək qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Rayon rəhbərliyinin istər şəhər, istərsə də kənd sakinləri ilə görüşü artıq bir ənənə şəklini alıb.

Bu gün növbəti səyyar görüş Kosalar kəndində keçirilib. Tədbirdə kənd sakinləri ilə yanaşı, aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri, KİV nümayəndələri də iştirak edib.

İcra Başçısını böyük səmiyyət və hörmətlə qarşılayan kənd sakinləri bayram ərəfəsində keçirilən bu görüşü yüksək qiymətləndiriblər.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək kənd sakinlərini salamlayıb, qarşıdan gələn milli bayramımız olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını bildirərək bol ruzi və bərəkət arzulayıb. Rayonumuzda, eləcə də Kosalar kəndində görülmüş işlərdən, kənd təsərrüfatında əldə edilən uğurlardan danışan İcra Başçısı qeyd edib ki, bugünkü görüşün əsas məqsədi sizi narahat edən məsələləri öyrənməkdir. İcra Başçısı bildirib ki, qarşıya qoyulan əsas məqsədimiz Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini layiqincə yerinə yetirmək, vətəndaşlara bütün sahələrdə diqqət və qayğı göstərməkdir.
Məqsədimiz xalqa xidmət etməkdir
Rəcəb Babaşov rayonumuzda görülən işlərdən danışaraq 2017-ci ilin tikinti-quruculuq ili kimi yadda qaldığını qeyd edib. Bağçaların inşasından və əsaslı təmirindən söz açan R.Babaşov Kosalar, Xanlıqlar, Daş Salahlı, Cəfərli kəndlərindəki uşaq bağçalarının yenidən qurulmasını, şəhərdə isə yeni uşaq bağçasının tikilməsini bu sahədə qazanılan uğurların ən bariz nümunəsi kimi qiymətləndirib. Bildirib ki, ötən il Hüseynbəyli, Çaylı və Kommuna kəndlərinə yeni asfalt yollar çəkilib, Cəfərli kəndində isə bu iş davam etməkdədir. “Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, “Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu da istifadəyə tam hazırdır. Hazırda “İnvestel GROUP” MMC-də, Elektrod Zavodunda, 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında, eləcə də digər sosialyönümlü obyektlərdə tikinti işləri sürətlə davam etdirilir.

Rəcəb Babaşov kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq ötən il bu sahədə yüksək göstəricilərin əldə edildiyini bildirib və bu il Qazax rayonunun tarixində ilk dəfə olaraq əkin sahələrinin 20 min hektara çatdırıldığını qeyd edib.

Görüşdə kənd sakinlərindən Rübabə Hüseynova, Maarif Ocaqquliyev, ağsaqqal Allahverdi Süleymanov çıxış edərək bildiriblər ki, ötən il rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən Kosalar kəndinin də payına düşdü. Elə bir sahə olmaz ki, orada bir yenilik olmasın. Kənddəki 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilməsi biz kənd sakinlərinə verilən ən böyük qiymətdir. Çıxış edənlər rayonumuzda, eləcə də Kosalar kəndində görülən işlərə görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirib, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürlərini çatdırıblar.

Sakinlərdən Xanlar Qasımov, İlqar Mustafayev, Alim Bağırovun müxtəlif səpkili məsələlərlə bağlı müraciətləri rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb. Qaldırılan məsələlərlə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə kənd sakini Sürəyya Abbasova bir neçə gün öncə ona məxsus olan torpaq sahəsinə zibil tökülməsi ilə bağlı müraciətinin həll olunduğunu bildirib.

Tədbir başa çatdıqdan sonra İcra Başçısı Rəcəb Babaşov vətəndaşın torpaq sahəsinə gedərək həmin ərazidə görülmüş işlərlə tanış olub. S.Abbasova qaldırdığı məsələnin qısa müddətdə həll olunmasına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Digər bir kənd sakini Quliyeva Nəzakət də müraciətinin tez bir vaxtda həllini tapdığı üçün təşəkkürlərini çatdırıb.

Elçin İSMAYIL

Məqsədimiz xalqa xidmət etməkdir
Məqsədimiz xalqa xidmət etməkdir
Məqsədimiz xalqa xidmət etməkdir
Məqsədimiz xalqa xidmət etməkdir
Məqsədimiz xalqa xidmət etməkdir
Məqsədimiz xalqa xidmət etməkdir
Məqsədimiz xalqa xidmət etməkdir
Məqsədimiz xalqa xidmət etməkdir
Məqsədimiz xalqa xidmət etməkdir
Məqsədimiz xalqa xidmət etməkdir
Geri qayıt