Əsas Səhifə > Təhsil > Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bilik yarışı keçirilib

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş bilik yarışı keçirilib


Bu gün, 16:54

Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı və Göyəzən Kurslarının birgə təşkilatçılığı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şagirdlər arasında bilik yarışı keçirilib. Bilik yarışının keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyev irsinin təbliği, əziz ruhuna olan hörmət və ehtiramın təzahürü, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, onların intellektual səviyyəsinin yüksəldilməsi, həmçinin milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsidir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla ehtiramla yad edilib. 

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Göyəzən Kurslarının direktoru Şahbaz Mirzəyev çıxış edərək 10 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Qazax rayonunda silsilə tədbirlərin keçirildiyini bildiriblər. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan, Azərbaycan təhsilinin inkişafında, gənclərin hərtərəfli, vətənpərvərlik ruhunda yetişməsində müstəsna xidmətlərindən söz açaraq Ulu Öndərin siyasi kursunun bu gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.

Bilik yarışında ümumilikdə 7 komandadan ibarət olmaqla 43 nəfər şagird iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən “Polad Həşimov” komandası (338 xal) - I yerə, “Azər Yusifli” komandası (301 xalla) - II yerə, “Qarabağ” komandası (288 xal) - III yerə layiq görülüblər.

Sonda qalib komandalar diplom və mükafatlarla təltif olunub.


Geri qayıt