Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı İkinci Şıxlı kənd sakinləri ilə görüşüb

İcra başçısı İkinci Şıxlı kənd sakinləri ilə görüşüb


Bu gün, 16:42

Ölkəmizdə aparılan dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, Prezident İlham Əliyev tərəfindən vətəndaşlara göstərilən qayğıda, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrdə öz real əksini tapır. Bu, həm də o deməkdir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Ölkə başçısının vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir.

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təyin olunduğu ilk gündən kəndlərdə keçirdiyi səyyar görüşlər kənd sakinlərini narahat edən məsələlərin öz müsbət həllini tapmasına xidmət edir. İcra Başçısının səyyar görüşdə səsləndirilən hər bir məsələyə xüsusi qayğı ilə yanaşması, həlli istiqamətində konkret tapşırıqlar verməsi bunu bir daha sübut edir. İkinci Şıxlı kəndində keçirilən səyyar görüşdə səsləndirilən bir sıra məsələlərin həll olunması da bu dediklərimizin əyani göstəricisidir.

Aprelin 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul əməkdaşları və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə İkinci Şıxlı kəndinə gələrək sakinlərlə görüşüb, səyyar qəbulda qaldırılmış məsələlərin həlli ilə bağlı görülmüş işlərlə maraqlanıb. Kənd sakinləri onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayonda bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, müraciətlərinə operativ şəkildə baxılmasına və bu gün müsbət həllini tapmasına görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. İcra başçısı sakinlərlə keçirilən görüş zamanı onları narahat edən digər məsələləri dinləyib, həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.


Geri qayıt