Əsas Səhifə > Manşet / Rəsmi > Dövlət İmtahan Mərkəzi Qazaxda dövlət qulluqçuları üçün təlimlərə start verib

Dövlət İmtahan Mərkəzi Qazaxda dövlət qulluqçuları üçün təlimlərə start verib


Bu gün, 17:44

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir.

Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən 28, 2930 aprel 2026-cı il tarixlərdə Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında "Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası”, “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”, “Ünsiyyət bacarıqlarının inkişafı” mövzularında növbəti təlimlərin keçirilməsi nəzərdə tutulub.

Təlimlər Dövlət İmtahan Mərkəzinin əməkdaşları, Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov və şöbənin məsləhətçisi Zeynal Cabarov, Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun məsləhətçisi Fərid Abuşzadə, Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun aparıcı məsləhətçisi Cavid Əliyev tərəfindən təşkil olunacaq.

İlk təlim aprelin 28-də Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi, Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun aparıcı məsləhətçisi, psixologiya üzrə fəlsəfə doktoru Cavid Əliyev tərəfindən "Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası” mövzusunda keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş təlimdə icra aparatının məsul şəxsləri, Qazax RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində, digər qurumlarda çalışan dövlət qulluqçuları iştirak ediblər.



Geri qayıt