Əsas Səhifə > Manşet / Səhiyyə > İcra başçısı xəstəxanada müalicə olunan müharibə əlillərini ziyarət edib

İcra başçısı xəstəxanada müalicə olunan müharibə əlillərini ziyarət edib


Bu gün, 17:04

Aprelin 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə "Qazax Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də olub. İcra başçısı xəstəxanada müalicə alan II qrup Qarabağ müharibəsi əlilləri, Pirvəliyev Rüstəm Məmməd oğlunu və “İgidliyə görə” medalı ilə təltif olunmuş Həsənov Ülfət Viktor oğlunu ziyarət edib, onların səhhəti ilə maraqlanıb.

Ülfət Həsənov və Rüstəm Pirvəliyev müharibə əlillərinə göstərilən qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə minnətdarlıqlarını bildirib, bugünkü ziyarətə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.


Geri qayıt