Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda görkəmli oftalmoloq-alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü illiyinə həsr olunmuş “İki Dahi İnsan ömrü” başlıqlı tədbir keçirilib

Qazaxda görkəmli oftalmoloq-alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü illiyinə həsr olunmuş “İki Dahi İnsan ömrü” başlıqlı tədbir keçirilib


Bu gün, 16:11

Aprelin 28-də Qazax Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü illiyinə həsr olunmuş “İki Dahi İnsan ömrü” başlıqlı tədbir keçirilib.

Tədbir Qazax RMX PHŞ-nin binası qarşısında inşa edilmiş Vətən müharibəsi şəhidi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirə bulağının ziyarəti ilə başlayıb. Tədbir iştirakçıları Vətən müharibəsində şəhid olmuş həkimin xatirəsinə ehtiram əlaməti olaraq bulağın önünə tər qərənfil düzüblər.

Daha sonra tədbir iştirakçıları xəstəxanada təşkil olunmuş Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş kitab, jurnal və fotolardan ibarət sərgiyə baxış keçiriblər.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və aparatın məsul əməkdaşları, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov, Mərkəzi Xəstəxananın tibb heyəti, şəhid ailəsi, ziyalılar iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən danışıblar. Onun həyatının hər zaman gələcək nəsillər üçün əbədi nümunə olacağını, xatirəsinin həmişə əziz tutulacağını bildiriblər.

Tədbirin sonunda AYB üzvü, şair, partiya veteranı Cavanşir Rüstəmov sağlamlığımızın keşiyində yorulmadan dayanan tibb işçilərinə həsr etdiyi şeirini səsləndirib.







Geri qayıt