Əsas Səhifə > Manşet / Rəsmi > Prezident İlham Əliyev: “Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq”
Prezident İlham Əliyev: “Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq”Dünən, 23:26 |
|
Prezident İlham Əliyev bildirdi ki,əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Cənab Prezidentlə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq. Ölkə başçısı qeyd etdi ki, cəmi bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiya Azərbaycanda - Qarabağda, Şuşada görüş keçirib və biz həmsədrlərin verdiyi məlumatları dinlədik. Çox perspektivli planlar, bir yerdə görüləcək çoxlu işlər qeyd edildi. Bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür. Hər iki tərəfdən kifayət qədər böyük təmsilçilik var. Ümidvarıq ki, bu cür qarşılıqlı fəaliyyət praktiki müqavilələrlə nəticələnəcək. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək. Nəzərdən keçirmək razılığına gəldiyimiz digər sahə birbaşa uçuşlardır. Bu, xüsusən də, müəyyən pozulmalar, həmçinin bəzi hava şirkətləri üçün aviayanacağın müəyyən dərəcədə çatışmaması ilə səciyyələnən indiki dövrə təsadüf edir və xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir. Bu, digər bir fürsət ola bilər. Təbii ki, insanlar arasında təmaslar və təhsil sahəsi də var. Şadıq ki, Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır və əminəm ki, onların hamısı gözəl ölkənizdə olmaqdan məmnundur. Çoxsaylı səfərlərim yadıma düşür və Sizi ölkənizin inkişafında əldə olunmuş bütün nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm.
Bir daha söyləmək istərdim ki, ölkələrimiz arasında münasibətlər çox möhkəm çərçivəyə əsaslanır. Eyni zamanda, düşünürəm ki, onun mühüm hissəsini cənab Prezidentlə olan şəxsi münasibətlərimiz təşkil edir. Biz bir-birimizi uzun illərdir ki, tanıyırıq və fikrimcə, bəlkə də 20 ilə yaxındır. Şəxsən mən çox şadam ki, əziz dostumuzu və onun nümayəndə heyətini Bakıda qəbul edirəm. Bir daha xoş gəlmisiniz və Sizə xoş səfər arzu edirəm. Onu da qeyd edək ki, səfər çərçivəsində Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə və təkbətək görüşü baş tutub. Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib və Azərbaycan ilə Latviya arasında imzalanmış sənədlər mübadilə edilib. Azərbaycan Respublikası və Latviya Respublikası arasındakı münasibətlərə gəlincəLatviya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Latviya Respublikasında Səfirliyi 2005-ci ildə açılmışdır. Latviya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 2006-cı ildə açılmışdır. Azərbaycan Latviya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Dövlət başçılarının qarşılıqlı səfərlərinə gəlincə 3-5 oktyabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Latviya Respublikasına dövlət səfəri etmişdir. 17-18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Latviya Respublikasına rəsmi səfər etmişdir. 16-18 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Latviya Respublikasına rəsmi səfər etmişdir.
Baş nazirlərin qarşılıqlı səfərlərinə gəlincə 27-28 noyabr 2012-ci il tarixində Latviya Respublikasının Baş naziri cənab Valdis Dombrovskis Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinə gəlincə 23-24 aprel 2008-ci il tarixlində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Latviya Respublikasına rəsmi səfər etmişdir. 14-15 aprel 2015-ci il tarixlində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Latviya Respublikasına rəsmi səfər etmişdir. 21-22 may 2015-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Latviya Respublikasına işgüzar səfər etmişdir. 12-13 dekabr 2019-cu tarixlində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Latviya Respublikasına rəsmi səfər etmişdir. 10-12 iyul 2001-ci il tarixində Latviya Respublikasının xarici işlər naziri İndulis Berzins Azərbaycana rəsmi səfər etmişdir. 16-18 aprel 2007-ci il tarixində Latviya Respublikasının xarici işlər naziri Artis Pabriks Azərbaycana rəsmi səfər etmişdir. 16-17 aprel 2009-cu il tarixində Latviya Respublikasının xarici işlər naziri Maris Riekstinş Azərbaycana rəsmi səfər etmişdir. 23-25 fevral 2012-ci il tarixində Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycana rəsmi səfər etmişdir. 12-14 fevral 2017-ci il tarixində Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycana rəsmi səfər etmişdir. Parlamentlərarası əlaqələrə gəlincə 2-4 iyun 2006-cı il tarixlərində Azərbaycan Respublikası Parlamentinin (Milli Məclis) sədri Oqtay Əsədov Latviya Respublikasına rəsmi səfər etmişdir. 28-30 may 2017-ci il tarixlərində Azərbaycan Respublikası Parlamentinin (Milli Məclis) sədri Oqtay Əsədov Latviya Respublikasına rəsmi səfər etmişdir. 1-3 fevral 2022-ci il tarixlərində Azərbaycan Respublikası Parlamentinin (Milli Məclis) sədri Sahibə Qafarova Latviya Respublikasına rəsmi səfər etmişdir. 2-5 oktyabr 2016-cı il tarixlərində Latviya Respublikası Parlamentinin sədri İnara Murnietse Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Kamran Bayramovdur. Latviya Seymində Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi Qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Oleqs Burovsdur. Müqavilə-hüquq bazasına gəlincəAzərbaycan və Latviya arasında 45 sənəd imzalanmışdır. İqtisadi sahədə əməkdaşlığa gəlincə47 Latviya şirkəti Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahəsində fəaliyyət göstərir. 2005-ci ilin 3 oktyabr tarixində iki ölkə arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya yaradılmışdır. Komissiyanın indiyədək 8 iclası keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul etdilər. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov və Latviyanın daxili işlər üzrə dövlət naziri Dimitrijs Trofimovs mübadilə etdilər. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”ni Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze mübadilə etdilər. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Latviyanın xarici işlər naziri Baiba Braze mübadilə etdilər. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Dövlət Bitki Mühafizəsi Xidməti arasında bitki sağlamlığı və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze mübadilə etdilər. “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Latviya Respublikasının Dövlət Sərhəd Mühafizəsi arasında 2026-2027-ci illər üzrə İkitərəfli Əməkdaşlıq Planı”nı Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Latviyanın Dövlət Sərhəd Mühafizəsinin rəisi Guntis Pujats mübadilə etdilər. Geri qayıt |