Əsas Səhifə > Manşet / Şəhidlər > Şəhid anasından: “Cənab Prezident, qalib xalqın qalib lideri kimi mən Sizinlə fəxr edirəm”

Şəhid anasından: “Cənab Prezident, qalib xalqın qalib lideri kimi mən Sizinlə fəxr edirəm”


Bu gün, 14:10

Şəhid anasından,

Hörmətli cənab Prezident,

Mənim oğlum Vətən Müharibəsində iştirak edərək, 2020-ci il noyabrın 11-də Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra oğlumun qəhrəmanlığı Sizin tərəfinizdən yüksək qiymətləndirilmiş və o, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.

Cənab Prezident, biz bir şəhid ailəsi olaraq, Sizin, Mehriban xanım Əliyevanın və dövlətimizin diqqət və qayğısını hər zaman öz üzrərimizdə hiss etmişik. Bunun bariz nümunəsi olaraq, şəhid oğlumun həyat yoldaşına və övladına rayonumuzun İkinci Şıxlı kəndində dövlətimiz tərəfindən ev tikilib verilmişdir. Şəhid anası olaraq məni və şəhidin həyat yoldaşını dövlətimiz işlə təmin etmişdir. Bütün bunlar şəhid ailələrinə diqqət və qayğının bariz nümunəsidir.

Cənab Prezident, qalib xalqın qalib lideri kimi mən Sizinlə fəxr edirəm. Şəhid oğlum mənim qürur mənbəyimdir. Çox sağ olun ki, bizi hər zaman öz diqqətinizdə saxlayırsınız. Allahdan Sizə cansağlığı və uzun ömür, Azərbaycanın çiçəklənməsi uğrunda şərəfli, yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Həsənova Gülarə Məti qızı,

Vətən Müharibəsi şəhidi Babək Həsənovun anası

Azərbaycan Respublikası, Qazax rayonu, Birinci Şıxlı kəndi.

https://president.az/az/articles/view/72147


Geri qayıt