Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda maarifləndirici tədbir keçirilib
Qazaxda maarifləndirici tədbir keçirilib17-04-2026, 19:00 |
|
Aprelin 17-də Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq və kadr məsələləri sektorunun müdiri Ülviyyə Orucova, Qazax Rayon Prokurorluğunun boyuk mustəntiqi, II dərəcəli hüqüqsünas Murad Bədəlov, Qazax Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Röyal Şıxıyev, Qazax Dövlət Sosial-İqtisadi Kollecininin müəllim və tələbələri iştirak ediblər. Tədbirin əsas məqsədi təhsil işçiləri arasında antikorrupsiya davranış modelinin formalaşdırılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin effektivliyinin yüksəldilməsindən ibarətdir. Tədbirdə çıxış edən rəsmilər mövzunun əhəmiyyətindən bəhs edərək bildiriblər ki, təhsil işçiləri arasında antikorrupsiya davranış modelinin formalaşdırılması cəmiyyətin ümumi inkişafı və şəffaf idarəetmənin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə sistemli maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, etik davranış qaydalarına riayət olunmasının təşviqi və institusional mexanizmlərin gücləndirilməsi təhsil mühitində sağlam və dürüst münasibətlərin formalaşmasına mühüm töhfə verir. Bununla yanaşı, vurğulanıb ki, korrupsiyaya qarşı mübarizədə hər bir təhsil işçisinin şəxsi məsuliyyət hissinin artırılması və bu sahədə davamlı təlimlərin təşkili prioritet məsələlərdəndir. Daha sonra tədbir qarşılıqlı fikir mübadiləsi və səmərəli müzakirələrlə davam edib. Müəllim və tələbələr tərəfindən ünvanlanan suallar rəsmilər tərəfindən ətraflı şəkildə cavablandırılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Geri qayıt |