Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Gəncə Səyyar “ASAN xidmət" avtobusunda vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb
İcra başçısı Gəncə Səyyar “ASAN xidmət" avtobusunda vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb15-04-2026, 17:20 |
|
Xəbər verdiyimiz kimi, Gəncə Səyyar “ASAN xidmət”in nümayəndələri 1 aprel 2026-cı il tarixdən 28 aprel 2026-cı il tarixədək texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 78 (Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasının arxası, İsmayıl Şıxlı parkının yanı) ünvanında əhaliyə səyyar xidmətlər göstərəcəklər. 28 gün müddətində səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunacaq. Bu xidmətlərə tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, həmçinin, daşınmaz əmlakla bağlı bütün xidmətlər, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti daxildir. Aprelin 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Gəncə Səyyar “ASAN xidmət" avtobusun yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlərlə maraqlanıb. “ASAN xidmət” nümayəndələrinin rahat şəkildə fəaliyyət göstərmələri üçün yaradılan şəraitlə tanış olub. Rayon rəhbərinə bildirilib ki, avtobusun fəaliyyətə başladığı ilk gündən müraciət etmiş 1724 nəfər vətəndaşdan 1558 nəfər vətəndaş xidmətdən yararlanıb. Sakinlərlə görüşən rayon rəhbəri onlara necə xidmət göstərilməsi barədə fikirlərini öyrənib. Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidməti bu gün müraciət etmiş rayon sakinləri də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını çatdırıblar. Vətəndaşlara göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab etdiklərini vurğulayıblar. Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək) həyata keçirilir. Məlumat üçün onu da qeyd edək ki, bu günə kimi Gəncə Səyyar “ASAN xidmət" avtobusu Qazaxda 1-15 iyul 2015-ci il (15 gün), 15 aprel - 4 may 2019-cu il (20 gün), 6 noyabr - 5 dekabr 2019-cu il (30 gün), 5 - 19 oktyabr 2020-ci il (15 gün), 27 may - 25 iyun, 28 oktyabr - 26 noyabr 2021-ci il (30 gün), 29 mart - 22 aprel 2022-ci il (25 gün), 6 oktyabr - 4 noyabr 2022-ci il (30 gün), 3-28 aprel 2023-cü il (26 gün), 2-27 sentyabr 2024-cü il (26 gün), 1-26 sentyabr 2025-ci il (26 gün), Bakı Səyyar “ASAN xidmət” avtobusuisə 2-30 oktyabr 2023-cü il (29 gün), 4-30 dekabr 2023-cü il (25 gün), 2-29 aprel 2024-cü il (28 gün), 2-31 iyul 2024-cü il (30 gün), 2-20 dekabr 2024-cü il (19 gün), 3-28 aprel 2025-ci il (26 gün) tarixlərdə vətəndaşlara xidmət göstərib.
Geri qayıt |