Əsas Səhifə > Manşet / Rəsmi > Millət vəkili Səməd Seyidov bu gün Qazaxda sərhəd kəndi Fərəhlidə yaşayan sakinlərlə görüşüb
Millət vəkili Səməd Seyidov bu gün Qazaxda sərhəd kəndi Fərəhlidə yaşayan sakinlərlə görüşübDünən, 22:12 |
|
Millət vəkili Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə Fərəhli kəndinə gələrək sakinlərin müraciətlərini dinləyib. İcra başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Hər zaman olduğu kimi, millət vəkili ilə olan bugünkü görüşün də arxasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını söyləyib. Seçiciləri ilə səmimi söhbət edən millət vəkili Səməd Seyidov öz növbəsində sakinləri salamlayıb, onlara xoş arzularını səsləndirib. Millət vəkili bu cür görüşlərin təməlində hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. “Hər bir dövlət məmurunun vəzifə borcudur ki, siz vətəndaşlara qayğı ilə yanaşsın, daim diqqət ayırsın”, - deyən millət vəkili bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb. Qazaxa hər səfərində hər zaman yeniliyin şahidi olduğunu qeyd edən millət vəkili rayonda aparılan quruculuq işlərindən söz açıb. Son illər ölkə başçısının qayğısı sayəsində Qazaxın gündən-günə inkişaf etdiyini qeyd edib. Millət vəkili rayonda vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Rayon rəhbərinin ölkə Prezidentinin vətəndaşlara olan qayğısını əldə rəhbər tutaraq daim sakinlərin yanında olmasını razılıqla qarşılayıb və bütün bunlara görə ziyalılar adından təşəkkürünü çatdırıb. Millət vəkili ilə səmimi söhbət edən Fərəhli kənd sakini Alı Həsənov və başqalarıdövlətin, dövlət başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını bildiriblər. Onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə təşəkkür ediblər. Keçirilən görüşdə vətəndaşların qayğı və problemləri ilə maraqlanılaraq bəzi məsələlərin həll olunması istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.
Geri qayıt |